Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möhtac(qəzəli)

Möhtac
Nur atəşə, atəş göyə, göylər yerə
möhtac,
Yerlərdə ki ahəngü nizam göyərə
möhtac.
Dünyaları öz hökmünə diz
çokdürən hakim,
Bir ahuya, gözəl dilbərə möhtac.
Dağlar ucalıqdan öyünür
qürrəlinir çox,
Yüksəklik ola dağ dediyin
düzlərə möhtac.
Göylər nə qədər sonsuz olub
boşluğa varsa,
Göylərdə gözəllik yenə ulduzlara
mohtac.
Saçlar qara, qaşlar qara, ləblər də
bal olsun,
Hər üzdə gözəllik deyilən gözlərə
möhtac.
Mən Bəxtiyaram söyləyib
aldanma a şair,
Fikrində, mərəmında sənin
sözlərə möhtac.
30 iyun, 1998.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Bextiyar Vahabzadə
loading...