beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaman Darıxmışam

Yaman darıxmışam seninçün,yaman!
Men esir düşmüşem öz isteyime.
Nifreti gizletmek asandır asan
Sevgini gizletmek mahalmış,deme!

Haraylar yükselir könülden yene,
Bu nece haraydır,bu nece haydı?
Öhdemden gelerdim..Gözüm üzüne,
Qulağım sesine darıxmasaydı...

Ele bil her yerden üzülüb elim..
Men azıb qalmışam qem deresinde.
Dirilib yaşanır senli günlerim
Senli günlerimin xatiresinde.

Yaman darıxmışam...Bu nedir yene,
Ağlım sağa baxır,üreyim sola
Üreyim dönübdür göy göyerçine
Qonub sen gedeli sen gelen yola.

Yaman darıxmışam..her axşamçağı
Arzumu güneşin teline sardım.
Menimle olsaydın,men darıxmağı
Zamana en uzun ölçü sanardım.

Yuxuma gelmişdin...
                       qısıldıq künce,
Danışdıq..
          Yel esdi..
           Dağıldı derd-qem.
Kölgeye dönmüşdüm,
                     Seni görünce
Senin işığında yox oldu kölgem.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 390 Bölmə: Bextiyar Vahabzadə