beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuvalama

Tərkibi:
250 qr qoyun əti.
7 stəkan su.
250qr çəkilmiş dana əti .
1 Fincan yumru düyü.
Yarım su stəkanı noxud.
3 Ədəd soğan .
3 Yemək qaşığı duru yağ.
1 Yumurta.
1,5 Su stəkanı qatıq.
1 Çay qaşığı quru nanə.
Yarım su stəkanı noxud.
Duz, istiot.

Hazırlanması:
Noxudu axşamdan təmizləyib isladın. Düyünü təmizləyib isladırıq bir az da stəkanın arxası ilə əzirik. Çəkilmiş əti, xırdalanmış yumru düyünü çəkilmiş soğanı, duz, istiotu birlikdə katleti hazıladığımız kimi yoğururuq. Noxuddan bir az böyük kiftələr hazırlayırıq. 7 su stəkanı suda xırda doğranmış əti və noxudu bişiririk birlikdə , sonra bişən ətli noxudun üzərinə, hazırladığımız kiftələri də əlavə edib bişiririk. Bir kasada qatığı və yumurtanı yaxşıca qarışdırırıq. Şorbanın suyundan azca töküb qarışdırın.Sonra yavaş yavaş şorbaya töküb qarışdırırıq. Sonra doğranmış soğanı yağda qovurun və istərsəniz üstünə qırmızı bibər səpin. Şorbaya quru nanə səpdikdən sonra soğan qovurmasını da əlavə edin. Şorba bir az daha bişdikdən sonra altını söndürün.


Nuş Olsun :)


Tarix: 29.11.2014 / 12:29 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Şorbalar ve Helimler