Tərkibi:
25 qram kərə yağı 
Yarım yemək qaşığı zeytunyağı
1 dənə kiçik quru soğan 
1 çay qaşığı edviyyat qarışığı
2,5 yemək qaşığı un 
50 ml. süd 
550 ml. su 
1 ədəd toyuq bulyonu 
Az miqdarda duz
Hazırlanması:
İlk olaraq 600 ml. suyu qaynadın. Su qaynadıqdan sonra ayrı bir qabda suya toyuq bulyonu töküb qarışdırıb bir kənara qoyun.
Əvvəl kərəyağını qazana alaq, soğanı da kiçik doğrayaraq birlikdə bir az qovuraq. Sonra ədviyyat qarışığını əlavə edib qarışdırdıqdan sonra unu da əlavə edib qarışdırmağa davam edək. Suyunu da az-az əlavə edib qarışdıraq.
Suyunu da əlavə etdikdən sonra südünü də əlavə edək. Son olaraq duzunu da əlavə etdikdən sonra 5 dəqiqə daha mikser isə qarışdırıb bişirək. Xidmət etmək üçün üzərinə qara bibər və yaxud nanə qoymaq olar.
Tarix: 29.11.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Şorbalar ve Helimler