beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manqo sousunda toyuq

Tərkibi:
4 toyuğun döş əti
3/4 st. doğranmış qırmızı soğan
1 ədəd təzə, yetişmiş manqo
1 x.q. bitki yağı
1 st. portağal şirəsi
1 x.q. nişasta
1 x.q. su
duz
istiot
Hazırlanması :
Toyuğun döş ətini duzlayıb-istiotlayın. Tavanı qızdırın, bitki yağı əlavə edib hər iki üzünü qızardın.
Qırmızı soğan əlavə edib bir neçə dəqiqə qovurun.
Manqo çox yetişibsə, blenderdə çəkin (dənəsini çıxarmaqla), yaxud da xırda doğrayın.
Toyuğun döş ətinə portağal şirəsi əlavə edin. qaynara düşəndə manqo əlavə edib qarışdırın. Ocağı azaldıb bir neçə dəqiqə bişirin.
Nişastanı su ilə qarışdırın, tavaya əlavə edin. Sous qatılaşanda ocaqdan götürün.


Tarix: 29.11.2014 / 12:21 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Şorbalar ve Helimler