beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəvi şorbası

Tərkibi:

0,5 st. mərcimək
0,5 st. perlova
2-3 baş soğan
300 ml qatıq
150 ml xama
3 x.q. kərə yağı
2,5 st. un
1 x.q. qarğıdalı nişastası
duz
istiot

Hazırlanması:

Ayrı-ayrılıqda perlovanı, mərciməyi qaynadın. Əgər çox bişərlərsə, qorxulu deyil.

Bitki yağında xırda doğranmış soğanı qızardın.

Nişastanı 0,5 st. soyuq suda əridin.

Qazana qatıq tökün, xama, suda əridilmiş nişasta, 2 st. su əlavə edib yaxşıca qarışdırın.

Perlova, mərcimək, qovrulmuş soğanı əlavə edin. Qaynayanda ocağı azaldıb qarışdıraraq daha 15 dəqiqə bişirin.

Duz və istiot əlavə edin.

Süfrəyə tərəvəzlərlə verə bilərsiniz.


Tarix: 29.11.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Şorbalar ve Helimler