beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soğanlı-pure şorbası

Vəsaitlər :

iri soğan- 4-5 ədəd
un- 2 xörək qaşığı
yumşaq kərə pendiri ( plavlenniy slivochniy- rus dilində tərcüməsi )- 70-100 qr
Bitki yağı ( banka yağı ilə birgə də istifadə etmək olar )
Çimdik şəkər, duz, qara istiot
Suxari üçün ağ baton və ya sadə çörək
sarimsaq- 1, 2 diş
mal və ya toyuq bulyonu- 800 mqr ( hazirlanması üçün: 200 qr mal əti qabırğası və ya sümüyü; 1 litr su; 1 baş soğan; orta ölçülü kök; noxud istiotu 6-7 ədəd; 1 lavrovi yarpağı; duz )

Hazırlanması :

Bulyonu hazırlayırıq, daha sonra ayrıcayağda soğan qovrulur. ( bitki yağını və ya əridilmiş yağı istifadə etmək olar ). Soğanı duzlayıb, istiotlayıb yumuşalana qədər qovurun. Bu zaman buraya 1-2 qaşıq bulyon da əlavə etmək olar soğan yanmasın deyə. Unu əlavə edib qarışdırın. Sonra soğanı yenidən azca duzlayıb, bir çimdik şəkər, istiot töküb qarışdırmaq lazımdır. Bu qarışığın içinə bulyonun hamsını əlavə edin, qaynadın, 30 dəqiqə bu halda qarışdırın. Qaynamanın sonuna çatanda oraya pendiri əlavə edib, əriyənə qədər bişirmək lazımdır. Sonra isə şorbanı blender vasitəsilə çalıb pureləşdirirlər. Qazanı kənara çəkib, qapağını örtün.
Tavada yağı qızdırın, əvvəlcədən əzilmiş sarımsağı oraya əlavə edin, sarımsağı götürün, sarımsaqlı yağda kiçik hissələrə kəsilmiş çörəyi qovurun. Çörəyi sonra 180 dərəcədə qızdırılmış sobaya qoyub qovurun, şorbanı fincana töküb, suxarini ayrıca servis edin.

Nuş olsun !


Tarix: 29.11.2014 / 12:14 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Şorbalar ve Helimler