beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Luzera sindromu

Luzera sindromu
Lauzera sindromuBu xəstəliyin elmi adı “Qeyri-real potensial sindromu”dur. Sindromun ilk simptomlarından biri şəxsin özünü ətrafdakılarla müqayisə etməsidir. “Luzera” sindromu ibtidai insanlarda belə mövcud idi.
Məşhur filosof Nitşe XIX əsrdə ətrafdakılarla özünü müqayisə etmə anlayışına “Lebensneid” hərfi tərcümədə “həyat qibtəsi” adını vermişdir. Əslində çoxbilmiş Nitşe bu xüsusiyyəti insanın xeyrinə yozurdu, hesab edirdi ki, insan bu yolla irəliyə gedə bilər. Aradan 3 əsr keçib və yaşadığımız XXI əsrdə “həyat qibtəsi” bir epidemiyaya çevrilib. İndi bütün sərhədlər itib, artıq balacalıqdan qayğı çəkməyə başlayır, problemləri həll etmək üzərində düşünürük. Bu səbəblər ucbatından, özümüzə elə gəlir ki, həyatda ən uğursuz insanlar bizik, digərləri isə kef məclisi qurublar.
“Luzera” sindromu müalicə olunandır. Hətta, bu epidemiyanı yaxşı tərəfə yönləndirmək də olar.

Beş barmağın beşi də mərifət!
Sübut edin ki, siz sözügedən sinromun əsiri deyilsiniz. Bunun üçün aşağıdakı məsləhətlərə diqqət edin:
1. Bir vərəq götürüb, qələmlə iki hissəyə bölün: bir tərəfdə uşaqlıq arzularınızı, digərində isə indi sizi xoşbəxt edə biləcək məqamları yazın. Müqayisə apardıqlarınızdan hansıları sizin üçün daha vacibdir?

2. Özünüzdən soruşun: məqsədə yetişmək üçün nə çatmır? Sonra arzunuza çatmaq üçün nələrin lazım olduğunu qeyd edin.

3. Özünüzə qarşı tələbkar olun. “Ver yeyim, ört yatım” prinsipi ilə yaşayanlardansınızsa, əlbəttə istədiklərinizə nail olmayacaqsınız.

4. Qarşınıza qlobal məqsədlər qoymayın. Bacarıq və imkanınıza görə hərəkət edin. Bir sözlə, “ayağınızı yorğanınıza görə uzadın”.

5. Virtual həyata çox da aludə olmayın.

6. Müsbət auralı insanlarla münasibət qurun. Əhvalınızı korlayacaq insanlardan uzaq gəzin.

7. Şəxsiyyətinizi qiymətləndirin. İnam uğurun açarıdır. Həm də unutmayın ki, bəzən problemi həll etmək üçün, baxış bucağınızı dəyişməyə ehtiyac olur. Sonda isə özünüzdən soruşun: Axı mən nə üçün özümü başqaları ilə müqayisə edirəm? Axı, fərd olaraq hər kəs təkrarolunmazdır.


Tarix: 27.11.2014 / 12:34 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Ümumi Psixologiya