beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixologiya

Psixologiya (yun. ruh, ruhi alem; bilik, öyrenmek, elm) — "psixika haqqında elm" demekdir. Psixologiya termini evristik baxımdan elmin predmetini deqiq ifade edir: psixologiya psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürekkeb ve çoxcehetlidir.

Psixologiya elmi hem de fealiyyet ve ünsiyyetin psixoloji problemlerini öyrenir. Psixika fealiyyet ve ünsiyyet prosesinde müxtelif formalarda tezahür edir. Psixologiya beyinde obyektiv alemin subyektiv sureti kimi emele gelen psixikanın faktları, qanunauyğunluqları ve mexanizmleri haqqında elmdir.

Psixologiyaya tarixi
Psixologiya elmi qedim tarixe malikdir. Psixoloji anlayışlar sistem şeklinde ilk defe olaraq Aristotelin (eramızdan evvel ıv esr) “Ruh haqqında” traktatında şerh olunmuşdur. Traktatın adına diqqet edin: o, psixologiya deyil, “ruh haqqında” adlanır. Bu tesadüfi deyildir. Uzun müddet (XIX esrin sonlarına qeder) psixologiya elmi felsefeye aid fenn hesab olunub. Avropa edebiyyatında mental (latın sözü olub psixi olan demekdir) felsefe, ruhiyyat, pnevmatalogiya (pnevma – yunan sözü olub nefes, ruh demekdir) adlandırılmışlar.

XVIII esrin sonuna qeder psixologiya sözü ne ingilis, ne de fransız edebiyyatında işlenilmemişdir. Alman edebiyyatında ise psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ilde “Emprik psixologiya” ve 1734-cü ilde “Rasional psixologiya” kitabları neşr olunandan sonra melum olmuşdur.

Azerbaycanda psixologiya termini XIX esrin sonu – XX esrin evvellerinde rus psixoloqlarınıın vasitesile işlenmeye başlanmışdır.


Tarix: 05.03.2013 / 17:05 Müəllif: [Ram] Baxılıb: 641 Bölmə: Ümumi Psixologiya