beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qruplarda şəxsiyyətlərarası seçmə

Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili. Aparıl­mış müşahidələr və araşdırmalar göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq müm­kün olduğu halda, digərinə etibar etmir, inanmırlar və s. Bu hal qrup differensiasiyası kimi diqqəti cəlb edir. Şübhəsiz qrup differensiasiyasını aşkara çıxarmaq onun gələcək fəaliyyətinin səmərəliliyini təmin etmək nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir. Bu cəhət uzun müddət birgə fəaliyyətdə olan şagird qruplarında (siniflərində) özünü daha qabarıq şəkildə göstərir. Şagird qruplarında qrup differensiyasını aşkara çıxarmaq üçün ya uzun müddətli, sistematik və ciddi pedaqoji müşahidələr aparmaq, ya da müvafiq müəy­yənedici eksperimentlərdən istifadə etmək lazım gəlir.
Qrup psixorlogiyasını öyrənən psixoloqlar qrupdaxili differensiasiyanın iki başlıca sistemini: sosiometrik və referentometrik seçməni fərqləndirmişlər.
Birinci növbədə şəxsiyyətlərarası seçməni sosiometrik baxımdan nəzərdən keçirək. Qrupdaxili münasibətlərin statik mənzərəsini sosiometriya adlanan metodun köməyi ilə əldə etmək mümkündür. Bu metod, onun tətbiqi və təhlili qaydaları Amerika psixoloqu C.Moreno tərəfindən irəli sürülmüşdür. Sosiometriyadan qrup üzvləri arasında mövcud olan simpatiya və antipatiyanı aşkara çıxarmaq üçün geniş istifadə olunur. Onun köməyi ilə eyni zamanda qrup liderini müəyyənləşdirmək mümkündür.
Adətən, sosiometriya metodu aşağıdakı şəkildə tətbiq olunur: 1. Qrup üzvlərinə sosiometrik kriteriyanı (ölçünü) özündə əks etdirən təlimat verilir. Məsələn, qrup üzvlərinə belə bir mətn çatdırılır: «fərz edin ki, sizin qrupa (sinfə) dərs ili ərzində daha bir neçə nəfər əlavə olunub. Ona görə də bu qrupu iki yerə ayırırlar. İndi sən kiminlə bir sinifdə olmaq (və ya kiminlə bir partada oturmaq, kiminlə birlikdə imtahanlara hazırlaşmaq) istərdin? Əgər o olmasa ikinci və üçün­cü kimi seçərdin? 2. Həmin ölçüdən asıılı olaraq qrup üzvləri hər bir seçdikləri yoldaşlarının adlarını seçdikləri ardıcıllığa uyğun (1,2,3) vərəqdə qeyd edib yoxlamanı aparana təhvil verirlər. 3. Müvafiq suallara verilmiş cavablar statistik yolla işlənilir, sosiometrik matris, sosioqramlarda öz əksini tapır. Matris və sosioqramlar qrup üzvlərinin qarşılıqlı seçmələrini aydınlaşdırmağa imkan verir.
Sosiometrik matrisa adi idman yarışı yekun cədvəllərinə oxşar şəkildə tərtib olunur. Qrup üzvlərinin adları eyni ardıcıllıqla üfiqi və şaquli şəkildə qeyd olunur. Əgər birinci adam birinci olaraq üçüncünü seçmişsə üçüncü xanədə 1 rəqəmi qeyd olunur; həmin adam ikinci olaraq 6- cını seçmişsə altıncı xanədə 2 rəqəmi qeyd olunur; üçüncü olaraq 4-cü adamı seçmişsə öz sırasının 4-cü xanəsində 3 rəqəmi qeyd olunur. Sonrakı adamların (şagirdlərin) seçimləri də bu qayda ilə qeyd olunur. Əgər seçimlər qarşılıqlıdırsa yazılan rəqəm dairəyə alınır (məsələn, ). Cədvəlin sonunda seçilmə və qarşılıqlı seçilmənin miqdarı göstərilir. Nəticədə kimin daha çox seçildiyi (və ya seçilmədiyi) aydın olur.
Sosiometrik seçməni göstərən sosioqrama gəldikdə bu qrafik şəklində tərtib olunur. Bunun üçün bir-birinin içərisində olan dörd dairə çəkilir. Ən çox seçilən qrup üzvünün sıra nömrəsi daxildəki dairədə, nisbətən bir-birindən çox seçilənlər 2-ci və 3-cü dairələrdə, heç seçilməyənlər isə sonuncu – dördüncü dairədə qeyd olunur. Seçmənin xarakteri xətlərdəki oxlarla qeyd olunur. Əgər qrupda oğlan və qızlar olursa məsələn, qızların sıra nömrəsi kiçik dairələrdə, oğlanlarınki isə üçbucaqda qeyd olunur.

Sosiometrik seçməni göstərən matrisa

S

Yoxlananın adı

Seyran

Adil

Şəfiqə

Tu­ral

Məmməd

Bənövşə

Fidan

Araz

Kəklik

Qumru

1

Seyran





2













3

2

Adil









‚



ƒ







3

Şəfiqə

















‚

ƒ

4

Tural



3

2



1











5

Məmməd

2









ƒ









6

Bənövşə





‚











ƒ



7

Fidan





3





2









8

Araz

1

3





2











9

Kəklik



1

‚





ƒ









10

Qumru









3







2





Seçmələrin

3

6

6

0

5

4

1

0

3

2



Qarşılıqlı seçmələr

1

3

3



2

3

1



2

1



Qruplarda şəxsiyyətlərarası münasibətlərdə seçmənin motivləşməsi
Qruplarda şəxsiyyətlərarası münasibətlərin sosiometrik yolla öyrənilməsi zamanı əldə edilmiş nəticələr istər-istəməz bizi bunun hansı səbəblə bağlı olduğunu öyrənməklə maraqlandırır. Başqa sözlə qrup üzvlərindən birinin digər üzvlərindən biri ilə emosional (eləcə də işgüzar) təması, münasibəti həyata keçirməyə hazır olmasına, digərlərini rədd etməsinə təsir edən motivlər nədən ibarətdir.
Psixologi tədqiqatlar göstərmişdir ki, birbaşa verilən suallara heç də həmişə həqiqi, səmimi cavab almaq mümkün deyildir. Ona görə də psixoloqlar dolayı faktlar əsasında şəx­siyyətlərarası seçmənin motivləşməsini eksperimental yolla öyrənilməsinin vacibliyini qeyd etmişlər.
Bu cəhəti nəzərə alan A.V.Petrovski və M.Q.Yaro­şevski xüsusi eksperimental metodika hazırlamış və burada motivləşməni aşkara çıxarmaq üçün aşağıdakı cəhəti nəzərə almışlar. Şagird L-ə özünə parta yoldaşı seçmək ixtiyarı verilmişdir? O, məsələn, N-i və ya S-i deyil K-nı seçərkən hansı motivlərə əsaslanmışdır? Bu zaman L-in mümkün olan fikir gedişinə nəzər salaq: «K – şən və diribaşdır… onunla darıxmırsan, o hətta ən cansıxıcı dərs zamanı əyləncəli, gülməli bir şey tapır, onunla vaxt hiss edilmədən gəlib keçir. Lakin doğrusu o, bilmədiyimi xəlvətcə mənə deməyi bacarmır. Ondan köçürməyə də dəyməz, onun səhvləri mənimkindən daha çox olur. N-? O həmişə hər şeyi bilir, onun dəftəri mənim ixtiyarımda olacaq, hər şeyi köçürə və hər şey barədə ondan soruşa biləcəm. Lakin dərsdə onunla gülmək mümkün deyil… kimi seçim?» Şübhəsiz, əgər seçim K- ın üzərinə düşürsə burada üstün motiv vaxtı şən keəçirməkdən ibarət olacaqdır. Lakin N- in yzərinə düşərsə burada ondan köçürmək marağı əsas motiv kimi özünü göstərəcəkdir.
Bütün bunlar eksperimentin proqramını müəyyənləşdirməyə imkan verir. Şagirdlərə müxtəlif sıraları tərtib etmək tapşırılır. Birinci növbədə sosiometrik cəhətdən səhmana salınmış sıranı tərtib etmək tapşırığı verilə bilər (təlimat: «birinci növbədə, ikinci növbədə və üçüncü növbədə və s. kiminlə bir partada oturmaq istərdin?»), sonra təlim fəaliyyəti və ünsiyyət üçün zəruri olan keyfiyyətlə bağlı sıranı tərtib etmək tapşırılır (təlimat: «göstər, sinifdə sənə kiminlə həmişə şən keçir – birinci növbədə, ikinci növbədə, üçüncü növbədə və s.) Bu sıra tərtib edildikdən sonra yeni təlimat verilir: sinifdə birinci növbədə, ikinci növbədə və s. çətin təlim şəraitində kimin sənə kömək göstərə biləcəyini göstər. Əgər sosiometrik sıra keyfiyyətlə bağlı sıranın birinci sırası ilə uyğun gələrsə (yaxud yaxın olarsa) seçmənin motiviasiya özəyinə ünsiyyətdə komforluluq, rahatlıq, əgər sosiometrik seçmə ikinci sıraya yaxın olarsa tədrisdə kömək gözləmək motivi daxil olur.
Ranqların korrelyasiya kooffisentindən istifadə etməklə bu sıralardan hansının şəxsiyyətlərarası seçmənin motivasiya özəyini təşkil etdiyini müəyyənləşdirmək mümkündür. Motivasiya özəyi üstünlüyünün müəyyən­ləşdirilməsi daima bu qrupda sosiometrik göstəricisinin nə üçün məhz bu cür olması, nə üçün qrupun bu və ya digər cəhətə üstünlük verməsi, qrup üzvlərinin bir qisminin «ulduzlar» kateqoriyasına, başqalarının isə «səfillər» kateqoriyasına aid edilməsi sualları meydana çıxdıqda onlara cavab vermək, qarşılıqlı münasibətləri anlamağa imkan verir.
Psixoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, şəxsiyyətlərarası münasibətlər strukturunda partnyorun seçilməsinin motivasiya özəyinin məzmunu həmin qrupun nail olduğu inkişaf səviyyəsinin göstəricisi rolunu oynaya bilər. Qrupun formalaşmasının ilk mərhələsində seçmə bilavasitə emosional boyalıqla xarakterizə olunur, partnyorun seçilməsi üçün orientasiya daha çox zahiri üstünlükləri ilə bağlı olur (ünsiyyətlilik, zahiri cəlbedicilik, geyim üslubu və s.). Daha yüksək inkişaf səviyyəsinə malik olan qrupda isə seçmə təkcə ilk təəssüratdan doğan hisslər əsasında deyil, birgə fəaliyyət zamanı aşkara çıxan daha dərin şəxsi keyfiyyətlərin qiymətləndirilməsi əsasında baş verir.
Qrupun inkişaf səviyyəsindən asılı olaraq şəxsiyyətin dünyagörüşünü, əməyə münasibətini xarakterizə edən keyfiyyətlərin «qiyməti» artır.

Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə öyrənilməsi
Məlum olduğu kimi, qrupa sosiometrik yanaşma zamanı şəxsiyyətlərarası münasibətlər sistemində seçmə üçün əsas amil simpatiya və antipatiyadan ibarət olur. Bu zaman adamlar bir-birlərini ona görə seçirlər ki, məhz onlarla ünsiyyətdə olmaq, birlikdə işləmək, oxumaq, istirahət etmək istəyirlər. Lakin psixoloqlar belə bir qənaətə gəlirlər ki, yalnız simpatiyanı seçim üçün yeganə əsas hesab etmək düz­gün olmazdı. Burada başqa amillər də seçim üçün əsas gö­türülə bilər.
İnsanın qrupdakı ən mühüm xarakteristikası ondan ibarətdir ki, o öz qrupuna ətraf aləmə bələdləşmə mənbəyi kimi müraciət edir. Buradan isə belə bir vacib sual ortaya çıxır: görəsən sosiometrik araşdırma zamanı insanların referent qrupunu (şagirdlərlə aparılan iş zamanı onların referent qrupunu) müəyyən­­ləşdirmək mümkündürmü? Mütüxəssislər bu suala müsbət cavab verirlər. Şagirdlərin referent qrupunun müəyyənləşdirilməsinin pedaqoji effektinin önəmli olması nöqteyi nəzərdən buna xüsusi yer verir və bu həqiqəti dərk etmək nəticəsində referentometriya üsulunun meydana gəldiyini göstərirlər (Ə.Əlizadə).
Referentometriya tədqiqat üsulu kimi E.V.Şedrina tərəfindən işlənmişdir. Referentometriya üsulunu müəyyənləşdirərkən referent qrup anlayışına istinad olunmuşdur. Əvvəlki bölmədə qeyd etdiyimiz kimi, referent qrup özünün normaları, fikirləri, sərvətləri, qiymətləri fərdin davranış və motivlərinə çevrilən qrupdur. Referentometriya üsulu məhz qrup üzvləri üçün «əhəmiyyətli şəxsiyyətlər» dairəsini, başqa sözlə onlar üçün etalon olan qrupu müəy­yən­ləşdirməyə imkan verir.
Referentometrik üsulun köməyi ilə referentlik hadisəsinin tədqiqi olduqca maraqlı nəticəyə gətirib çıxarmışdır. Hər şeydən əvvəl bu yolla aparılan tədqiqatlar hər bir qrupda əsasını referentlik təşkil edən mühüm sistem və seçimin olması fərziyyəsini aşkar etmişdir. Bu cür əlaqə sistemi sosiometriyada olan formal xarakteristikanı özündə əks etdirir. Referentometrik yolla aparılan iş olduqca operativ və yığcam xarakter daşımaqla, qrupun status strukturu barədə təsəvvür yarada bilir. Bununla yanaşı əldə edilmiş faktların riyazi yolla işlənməsinə, qrafik ifadəsinə, seçimlərin xəritəsi və matrisalarını tərtib etməyə imkan verir. Lakin sosiometriyadan fərqli olaraq seçim simpatiya və antipatiya əsasında deyil, qiymət amilləri əsasında aparılır. Sosiometrik üsuldan fərqli olaraq referentometrik üsul qrupda emosional münasibətlərin strukturunu deyil, şagirdlərin referent qrupunu müəyyənləşdirməyə imkan verir.
Referentometriya üsulunun müxtəlif metodik formaları mövcuddur. Onlardan nisbətən geniş yayılmış bir variantı nəzərdən keçirək: «şagirdə belə bir təlimat verilir: tutaq ki, sinif yoldaşların müəyyən əlamətlərə (məsələn, intizamlı və ya intizamsız və s.) görə sənə qiymət veriblər. Əgər sənə təklif etsələr ki, onlardan 3 (və ya beş) nəfərinin cavabları ilə tanış ol, onda sən kimin cavabları ilə tanış olmaq istərdin? Onların adının sənin üçün əhəmiyyətinə görə qeyd et. Hansı şagirdin cavabı ilə daha çox tanış olmaq istəyirsənsə, onun adını birinci qeyd et».
Referentometrik seçmə yolu ilə əldə edilmiş faktlar sosiometriyada olduğu kimi təhlil olunur.


Tarix: 27.11.2014 / 12:02 Müəllif: Aziza Baxılıb: 143 Bölmə: Ümumi Psixologiya