beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Temperament və sağlamlıq

Temperament fərdi-psixoloji xüsusiyyət olub, bədəndə hisslərin müəyyən nisbəti deməkdir. Hippokrata (e.ə. 460-377) görə, temperament bədəndə olan qan, selik, öd və qara öd mayelərinin nisbəti ilə əlaqədardır. İnsan orqanizmində hansı mayenin üstünlük təşkil etdiyini əsas götürərək sanqvinik, xolerik, melanxolik və flaqmatik olmaqla 4 temperament tipini müəyyənləşdirmişdir.
Sanqvinik (latınca sanquinisqan, həyati qüvvə) temperamentli tip adamlar fiziki cəhətdən zəif inkişaf etmiş olur. Onların döş qəfəsi yastı, bədən dərisi quru, qaba və soyuqdur, gözləri mavi və ya qara, saçı seyrəkdir. Bədəndə tutqun rəngdə bir neçə xal yerləşir. Bu şəxslər, adətən, qarabuğdayı olurlar. Onların yuxusu tez və səthidir, əl və ayaqları, adətən, soyuq olur. Sanqvinik tip yüksək fəallığı, çevikliyi və diribaş olması ilə seçilir. Onlarda düşünmə qabiliyyəti güclüdür, müəyyən reaksiyalara ani olaraq cavab verirlər. Bu temperamentli tip adamlar tez-tez danışır, sürətlə yeriyir, hər bir qida rasionunun əsasını yağlı və dadlı yeməklər təşkil edir.

Xolerik (yunanca clole - öd) temperamentli tip şəxslərin boyu orta, döş qəfəsi geniş, saçları seyrək, yumşaq, qara və ya qəhvəyi rəngdə olur, tez ağarır və vaxtından əvvəl tökülür. Onların gözü göy və ya qonur, üzü sarışın, yaxud qırmızımtıldır. Adətən, bədəni, əl və ayaqları isti olur (hətta şaxtalı günlərdə də). Yuxuları orta müddətlidir. İstidən və günəş şüularından əziyyət çəkirlər.
Xolerik temperamentli şəxslər cəld, çalışqan, fəal coşqun olmaqla yanaşı, onların davranışında hövsələsizlik və kobudluq kimi mənfi əlamətlər də var.

Melanxolik (yunanca melanos - qara +clole - öd) - qara öd - temperament tipli adamlar ifrat dərəcədə həssas və küsəyən olurlar. Bu şəxslərin sümük və əzələləri orta səviyyədə inkişaf etmişdir. Onların üzündə və dərisində çillər, xallar olur. Gözləri sarı, qonur və darçını, saçları qəhvəyi - sarı və ya mixəyi rəngdə olur, yumşaqdır. Bu temperamentli şəxslər asta-asta danışır. Onların hərəkətləri süst və zəif olur. Bu adamlarda baş ağrısı və yaxud yuxusuzluq hallarına tez-tez təsadüf edilir. Bu tip temperamentli şəxslər yayda ilk axşam və hava işıqlanan zaman özlərini qanıqara və dilxor kimi hiss edirlər.

Fleqmatik (yunanca "fleqma" - selik) temperament tipə daxil olan adamlar hisslərinin zəif təzahürü ilə xarakterizə olunur. Bu tip adamlarda bədən quruluşu yaxşı inkişaf etmişdir. Kökəlməyə meyillidirlər. Onlarda döş qəfəsi geniş, əzələləri və sümükləri möhkəmdir. Bu temperamentli şəxslərin gözləri mavi və mixəyi, saçı sıx, tünd, yumşaq, dərisi yağlıdır. Adətən, üzləri qırmızımtıl, yaxud işıqlıdır.
Fleqmatik temperamentli şəxslər psixoloji cəhətdən sağlam, sakit və təmkinlidir. Mülayim xasiyyətli, soyuqqanlı, səbirli, laqeyd və ləng tərpənən olmaqla, xarici reaksiyalara çətinliklə cavab verirlər. Daha çox keçmiş xatirələrlə yaşayırlar. Onlar yoldaşları ilə çətin dostlaşır, lakin dostluqda istiqanlı və mehriban olurlar. Əli, ayağı soyuq və nəm olur. Onlar tünd yağlı yeməklərə və spirtli içkilərə çox meyilli olurlar.
Bəzi şəxslərdə bir neçə temperament tipli xassələr toplanmışdır ki, adətən, onlar uzunömürlü olurlar. Təbiətdəki harmoniya, qanunauyğunluqlar və kosmik fəzada baş verən proseslər bu şəxsləri həmişə maraqlandırır.
Bədənində öd və selik mayeləri üstünlük təşkil edən şəxslər ucaboylu, şux qamətli və sağlam bədən quruluşuna malik olurlar.


Tarix: 27.11.2014 / 11:44 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Ümumi Psixologiya