beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsler arası intellektual ferqler

Cinsler arası intellektual ferqler
Son illerde aparılan tedqiqatlar demeye esas verir ki, qadın ve kişilerde vizual-feza intellekti xarakterine göre ferqlenir. Ümumiyyetle intellektin bu tipinde kişiler daha üstündürler. Lakin, bu saheye aid müxtelif xüsusuiyyetli tapşırıqlarda qadınlar ve kişiler bir birinden daha üstün intellekt nümayiş etdire bilirler.

Verbal-linqvistik intellektde üstünlük qadınlardadır. Nitq qabiliyyeti qadınlarda daha yaxşı inkişaf etmişdir, yazılı ve şifahi edebiyyatla bağlı tapşırıqlarda onlar daha yüksek neticeler gösterirler. Kişiler arasında nitqle ve oxuma ile bağlı çatışmazlıqlara daha tez tez rast gelinir.
Son bir neçe on illikde aparılan müşahideler gösterir ki, ayrı-ayrı intellekt sahelerinde qadın ve kişiler arasındakı ferqler bu iki qrup üçün tarixen müeyyenleşmiş meşğuliyyetlerle bağlıdır. Enenevi olaraq kişi saheleri hesab edilen meşğuliyyetlere qadınların getdikce daha çox celb olunması bu iki qrup arasındakı intellekt ferqlerini azaldır.
UCL (University College London) Psixologiya fakultesinin professoru A. Furnham IQ test neticelerinde cinsi ferqlere aid 25 tedqiqatın neticelerini analiz ederek bele bir fikre geldi ki, qadınlar öz intellektlerini heqiqetde olduğundan aşağı qiymetlendirmeye meyillidirler. Kişiler ise eksine, öz beyin güclerini eslinde olduğundan yuxarı qiymetlendirirler. Kişilerde sadece olaraq özüne inam daha yüksekdir, o qeyd edir, “bu da intervyu ve imtahan zamanı müsbet rol oynayır.


Tarix: 05.03.2013 / 17:38 Müəllif: [Ram] Baxılıb: 431 Bölmə: Ümumi Psixologiya