beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycanda psixoloji fikrin inkişafı

Bütün dünyada olduğu kimi Azerbaycanda da psixoloji fikrin yaranması ve inkişafını iki merheleye ayırmaq olar: elmeqederki ve elmi psixologiyanın teşekkülü ve inkişafı. Elbette onların arasında keskin sedd qoymaq, serhed çekmek de düzgün olmazdı. Onlar bir-birinin daxilinde formalaşmış, biri digerinin inkişafına zemin yaratmışdır.

Elmeqederki psixoloji fikirlerin yaranması tarixi çox qedimden, eramızdan evvelden başlanır. O, bir terefden Şerq felsefi fikrinden, diger terefden xalq yaradıcılığından behrelenmişdir. O bir terefden heyatın özünden, ictimai-tarixi proseslerden asılı olaraq inkişaf etmiş, diger terefden baş veren prosesler psixoloji fikre öz tesirini göstermişdir.

Professor E.S.Bayramov ve E.E.Elizade elmeqederki psixologiya ve ya “güzaren psixologiyası” da adlandırırdılar. Onlar yazırlar: “Güzeran psixologiyasına aid biliklerin menbeyini ictimai ve şexsi tecrübe teşkil edir. Hele qedim zamanlardan başlayaraq bu bilikler nesilden-nesle verimiş müxtelif obrazlı ifadelerde, atalar sözlerinde, bayatılarda, nağıllarda, dastanlarda ve s.de özünün eksini tapmışdır. Bizim her birimiz bu bilikleri etraf adamlardan elece de şifahi xalq edebiyyatı vasitesile menimseyirik. İnsanın şexsi tecrübesinde hemin bilikler daha da deqiqleşir, yeni mena çalarları kesb edir.” Onlar daha sonra yazırlar: “Güzeran psixologiyasına aid olan biliklerde biz hetta müasir psixologiya üçün maraqlı olan müeyyen faktlara rast gelirik. Lakin onların hamısı üçün bir cehet seciyyevidir – güzeran psixologiyasında faktlar ardıcıl şekilde izah edilmir, sübut olunmur.” İnsanlar lap qedimlerden qarşılıqlı münasibetlerde olduqları, ünsiyyete girdikleri insanları öyrenmeye, anlamağa, derk etmeye çalışmış, bnun üçün müşahideler aparmışlar. Tedricen toplanan bilikleri ümumileşdirilmiş, dilden-dile, ağızdan-ağıza keçerek ümuminin hamının qebul etdiyi fikirler olmuşdur. Bunlar bayatılar, nağıllar, atalar sözleri, neğmeler, laylalar, mifler, efsaneler ve s. şeklinde lakonik dilde çatdırılmışdır. Demek olar ki, elmi psixologiyanın tedqiq etdiyi saheler içerisinde ele bir problem yoxdur ki, xalq yaradıcılığında ondan behs olunmasın, münasibet bildirilmesin.

Psixoloji fikrin yaranması ve inkişafının diger bir istiqameti ise yazılı edebiyyat, filosof ve yazıçıların, şairlerin yaradıcılığıdır. Bu menada “Kitabi-Dede Qorqud” dastanı, Nizami, Tusi, Nesimi, Fizuli, Axundov, S.E.Şirvani, Sabir, C.Memmedquluzade ve diger müteffekirlerin yaradıcılığı Azerbaycan psixoloji fikrinin yaranması, inkişafı ve formalaşmasında ehemiyyetli rol oynamışdır. Onların yaradıcılığı bir terefden xalqın tefekkür terzinin inkişafına tekan vermiş, diger terefden özünde heyat reallıqları eksini tapmışdır. Yeni Azerbaycan xalqının keçdiyi inkişaf yolunun merhelelerini müeyyenleşdirmekde bu eserler gözel bir menbedir.

XIX esrin ortalarında psixologiya elmi bir sıra nailiyyetler elde etmişdir. Onlardan en başlıcası ise ondan ibaretdir ki, hemin dövrde eksperimental üsullar psixologiya elmine nüfuz edirdi. Azerbaycanda elmi psixologiya XIX esrin sonu – XX esrin evvellerinde inkişaf etmeye başladı. Azerbaycanda ilk psixologiya laboratoriyası 1926-cı ilde F.E.İbrahimbeyli terefinden yaradılmışdır.


Tarix: 05.03.2013 / 17:06 Müəllif: [Ram] Baxılıb: 1029 Bölmə: Ümumi Psixologiya