beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixoterapiya

Psixoterapiya (qedim yunanca ψυχή – ruh + θεραπεία – müalice demekdir) – psixoloji üsullar ve metodlar vasitesile heyata keçirilen müalicedir. Psixoterapiya prosesinde pasiyent öz emosiyalarını tenzimlemeyin yeni verdişlerine yiyelenir, stress veziyyetlerinin neticelerini aradan qaldırmağı öyrenir, xestelik dövründe pozulmuş münasibetleri berpa etmeye çalışır. Bu müalice metodu pasiyentin mütemadi olaraq (bir qayda olaraq, her hefte) psixoterapevtle ünsiyyetde olmasını nezerde tutur.
Psixoterapiyanın növleri

Psixodinamik psixoterapiya – Freydin psixoterapevtik nezeriyyesinden qaynaqlanan psixoterapiya metodudur. İnsayt üzerinde fokuslaşmış uzunmüddetli psixoterapiyadır. Psixodinamik psixoterapiya psixi fealiyyeti haqqında psixoanalitik nezeriyyenin müddealarına (müdafie mexanizmleri, transfer, psixi reallıq ve s.) esaslanır. Psixoterapevtik müdaxilelerin esas meqsedi insayta, yeni şüurdan kenarda olan psixi proseslerin uşaqlıqda formalaşmış psixi ve davranış patternlerinin aydınlaşdırmasına ve onların derk edilmesine nail olmaqdır.

Koqnitiv-biheyvioral terapiya (KBT) – disfunksional fikirler, davranış ve emosiyalara bağlı olan problemlerin helline yönelen psixoterapevtik müalice üsulu. KBT-de strukturlaşmış, problemlerin helline yönelmiş psixoterapevtik yanaşma istifade olunur. Bu terminden hem koqnitiv, hem de biheyvioral texnikaları tetbiq eden birleşdirilmiş psixoterapevtik metodu müeyyen etmek üçün istifade olunur.

İnterpersonal (şexslerarası) psixoterapiya (İPT) – pasiyentin heyatında emosional cehetden yaxın insanlarla münasibetlerindeki problemlerin helline yönelmiş psixoterapiyadır. Psixoterapevt pasiyente yaxın adamları ile münasibetlerini nizamlamağa ve yaxşılaşdırmağa kömek edir. Bunun neticesinde pasiyentin emosional veziyyeti yaxşılaşır ve psixopatoloji simptomları azalır. Bu psixoterapiya metodu da, adeten, heftede 1 defe olmaqla 12-20 psixoterapevtik sessiya keçirilmesini nezerde tutur.


Tarix: 05.03.2013 / 17:26 Müəllif: [Ram] Baxılıb: 497 Bölmə: Ümumi Psixologiya