beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraq

Maraq nedir?


Maraq - ferdin xüsusi cehd göstermeden öz isteyi ile, zövq alaraq bir işe yönelmesidir. Maraqlar insanın idrak telabatlarının emosional tezahürleridir.Onların temin olunması biliklerdeki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömek edir. Marağı bir insanın özü ve çevresi terefinden tesdiq olunan davranışları kimi de qebul etmek olar. Yeni maraq daxili ve xarici tesirle formalaşır. Bir işe sevgi ile müeyyen müddet bağlanma da maraqdır. Kitab, futbol, musiqi ve s. de bu maraqlara daxildir. Maraqlar bir çox sebebden asılı olaraq ferdden ferde deyişir. Şexsin içinde olduğu daire, cinsiyyet, yaş, zeka, fiziki imkanlar, başqa bir çox qabiliyyetler, sosial mühit, aile mühiti ve medeni faktorlar ve s. bu sebeblere daxildir.

Maraqlar subyektiv olaraq – insanın özü üçün – idrak prosesinin kesb etdiyi müsbet, emosional tonda, onun haqqında daha çox bilmek, onu başa düşmek arzusunda tezahür edir. Başqa sözle desek, maraq şexsiyyetin, gerçek heyatının müeyyen bir sahesine, müeyyen bir fealiyyete, bu ve ya diger biliyi elde etmeye az ve ya çox yönelmesinde ifade olunan ferdi psixi xüsusiyyetdir. Şexsiyyetin istiqameti onun maraqlarında ifade olunur.

Maraq her hansı bir obyekti daha derinden ve deqiq derketme meylinden doğur. Maraqların fizioloji esasını beledleşme - tedqiqat refleksleri teşkil edir. Gerşek alemde baş veren her bir yeni, gözlenilmez deyişiklik zamanı beledleşme refleksi baş verir ve qıcıqlandırıcının daha tam ve aydın inikasını temin edir. Etraf mühitde en kiçik bir deyişiklik, yenilik baş verdiyi zaman insanda müvafiq reseptor aparatı bu deyişikliyi töreden qıcığa doğru yönelir. Maraqlar idrakın daimi tehrikedici mexanizmi kimi meydana çıxır.

K.İzard marağın anadangelme emosiya olmasını qeyd etmekle yanaşı onun inkişafında sosializasiyanın rolundan, insan şexsiyyetinin formalaşmasında marağın kesb etdiyi ehemiyyetden danışır. Maraq her bir şeye istiqametlene biler, lakin insanlığa daha çox fayda vеren intellektual, estetik ve başqa yaradıcı fealiyyet növleridir.

Fealiyyet proseslerinde maraqların rolu müstesna derecede böyükdür. Maraqlar şexsiyyeti onda emele gelmiş bilmek ve başa düşmek cehdini temin etdiyi üçün feal suretde yollar ve vasiteler axtarmağa mecbur edir. Sabit ehemiyyete malik obyekte marağın temin olması adeten, marağın sönmesi ile neticelenmir, eksine onu daxilen yeniden qurmaq, zenginleşdirmek ve derinleşdirmek yolu ile idrak fealiyyetinin daha yüksek seviyyesine cavab veren yeni maraqların emele gelmesine sebeb olur. Maraqlar – idrakın daimi tehrikedici mexanizmi kimi meydana çıxır. Maraqlar şexsiyyetin fealiyyetinin motivleşmesinin mühüm, lakin yegane olmayan cehetidir.
Maraqlar nece formalaşır?

Maraq - ferdin xüsusi cehd göstermeden öz isteyi ile, zövq alaraq bir işe yönelmesidir. Marağı bir insanın özü ve çevresi terefinden tesdiq olunan davranışları kimi de qebul etmek olar. Yeni maraq daxili ve xarici tesirle formalaşır. Bir işe sevgi ile müeyyen müddet bağlanma da maraqdır. Kitab, futbol, musiqi ve s. de bu maraqlara daxildir. Maraqlar bir çox sebebden asılı olaraq ferdden ferde deyişir. Şexsin içinde olduğu daire, cinsiyyet, yaş, zeka, fiziki imkanlar, başqa bir çox qabiliyyetler, sosial mühit, aile mühiti ve medeni faktorlar ve s. bu sebeblere daxildir. İnsanın maraq dairesi müntezem olaraq deyişir. En çox deyişkenlik yeniyetmelik illerinde olur. Yeniyetmelik dövründe gencin vücudu ve yaşı ile birlikde qerarları da deyişir. Bu gün beyendiyi bir müğennini üç günden sonra beyenmir. Yeniyetmelik yetkinliyin astanası oloduğu üçün zehni yönlü de inkişaf edir. Vezife ve mesuliyyet daşımaq isteyi artır. Mekteblerin birinde aparılan bir araşdırma zamanı ibtidai siniflerin 95%-nin mektebe oynamaq üçün geldiyi halda, yuxarı sinif şagirdlerinin 93%-i yaxşı bir universitete daxil olmaq meqsedile mektebe geldiyi müeyyen edilmişdir. Maraq-meqsedler müxtelif zamanlarda ferqli ola biler. Qızların maraqları oğlanlara nisbeten her yaşda daha ferqli olur. Sebebi odur ki, qızlar bioloji cehetden oğlanlardan ferqlenmekle yanaşı, ruhi-psixoloji cehetden onlardan daha tez yetkinleşirler. Qızların maraq dairesinin formalaşmasında medeni faktorlarla birge milli-menevi, ictimai deyerlerin de böyük rolu vardır. Hemçinin maraq valideynlerin nümunevi davranışları ile de yaxından bağlıdır. Qız anasını nümune götürerek ev işleri ile maraqlanır. Oğlanlar ise atalarının terefdar olduğu futbol komandasına azarkeşlik edirler. Ailenin iqtisadi veziyyeti, ata-ananın hedefleri genclerin marağına tesir ede bilir. Bir musiqiçi ailesinde yetişen yetiyetmenin maraqlarında tebii ki, musiqinin çekisi ağır geler.
Marağın növleri

Maraq növlerini üç başlıq altında analiz etmek olar:
Şexsi maraqlar: Gencin seçim ve verdişlerini ehate edir. Saçın, üzün, bedenin xarici görünüşü, geyim, danışma, eylenmeile bağlıdır. Yeniyetmeliyin ilk dövrlerinde geyime olan maraq sonsuzdur. Tez-tez paltar almaq isteyirler. Ferqli görünmek, başqalarının diqqetini celb etmek isteyirler. Bu baxımdan valideynle qarşıdurmalar en çox geyimle bağlı olur.
Serbest vaxt marağı: Yeniyetmenin boş vaxtlarında görmek istediyi işlerle bağlı olur. Kitab oxuma, musiqi dinleme, idmanla meşğul olma ve s. Ancaq bu maraqlar zaman göre deyişe biler. Orta mektebde idmana, musiqiye olan maraq universitet illerinde kitaba yönelir. Yeniyetmeliyin ilk illerinde genclerde şeir yazma,mahni oxuma,xatire defteri tutmağa maraq yaranır. Bu maraqlar cinse göre ferqlene biler.
Senet maraqları:Gencler yeniyetmeliyin ilk dövrlerinde meslek mövzusunda qerarsız olurlar. Fikirlerini tez-tez deyişirler. Ancaq el qabiliyyetleri,bacarıqları istiqametinde fikirleri deqiqleşe bilir. Yeniyetmeliyin sonrakı merhelelerinde seçecekleri peşe ile bağlı fikirlerin esası qoyula, bir sistem halina gele bilir.Bu meslede daha çox xeyala dalır,maceraçı olurlar


Tarix: 05.03.2013 / 17:25 Müəllif: [Ram] Baxılıb: 1055 Bölmə: Ümumi Psixologiya