beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xasiyyət və xəstəliklər

İosif Stalin məşhur cərrah Botkinlə söhbət zamanı istehza ilə soruşurdu: «Siz əməliyyat zamanı insanın ruhunu görmüsünüzmü?». Mömin professor etiraz edirdi: «Mən orada heç vicdanı da görmədim… ». Həkim-nevropatoloq, tibb elmləri namizədi Nikolay Ulitin hesab edir ki, bizim istəklərimiz, ehtiraslarımız və məşğuliyyətlərimiz fərdi xəstəlik tarixində öz izini buraxır.

Xəsislik. Xəsis insanlar çox zaman ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Hər bir əşyanın alınması güclü hisslər ilə müşayiət olunarkən, insan daimi stress vəziyyətində yaşayır. Nəticədə, xəsis insanın orqanizmində həyəcan hormonu yüksək səviyyədə saxlanılır ki, bu da damarların xroniki spazmına gətirib çıxarır. İlk olaraq, daha həssas beyin damarları zədələnir ki, bu da, tez-tez baş verən miqrenlər və hətta insult ilə fəsadlaşa bilən bir haldır.

Qorxaqlıq. Qorxuya reaksiya verən ilk orqan böyrəklərdir. Böyrəküstü vəzilər bu zaman toksiki maddələrə qədər parçalanan və böyrəklər vasitəsi ilə xaric olunacaq çoxlu miqdarda adrenalin və no- radrenalin ifraz edir. Nəticədə, damarları daraldan və bununla da arterial təzyiqin artmasına səbəb olan renin hormonu aktivləşir.

Təkəbbür. Özünü başqalarından ağıllı və yaxşı hiss edən insan bunun ruhi xəstəlik və ya mədə xorasına səbəb ola biləcəyindən xəbərsizdir. Belə insanlar ətrafdakılardan kömək istəmir və indicə partlayacaq vulkana bənzəyirlər. Təkəbbürlü insan- lar başqalarından daha çox mədə-bağırsaq traktı xəstəlikləri, xora, ruhi pozuntular, artritdən əziyyət çəkirlər. Yeri gəlmişkən, alkoqolizmdən əziyyət çəkənlərin əksəriyyəti sonsuz təkəbbür virusuna yoluxmuşlardır.

Tamahkarlıq. Özünü hər şeydən məhrum edən xəsisdən fərqli olaraq, tamahkar, əksinə, hər şeyi və çox miqdarda istəyir və onun üçün nədənsə ayrılmaq prosesi qorxulu- dur. Belə insanlarda tez-tez qəbizlik, maddələr mübadiləsi pozğunluğu, immunitetin zəifləməsi qeyd olunur, orqanizmin özünütənzimləmə qabiliyyəti azalır. Gələcək təhlükənin ilkin müjdəçiləri vegetodamar distoniyası və daimi soyuqlamalar ola bilər.

Qəzəb. Asanlıqla qəzəblənən, davadan həzz alan insanlar böyük allergiklər ordusunu təşkil edirlər. Sinir sisteminin vaxtaşırı qıcıqlanması immun hüceyrələrini daimi döyüş hazırlığı vəziyyətində qalmağa vadar edir. Düzdür, qida allergiyalarına gəldikdə, həzm sisteminin fərdi xüsusiyyətləri vacib rol oynayır. Orqanizmində çoxlu miqdarda spesifik fermentlər olan insan həddən artıq tez qəzəblənən olaraq, müəyyən vaxta qədər allergiyaya meylli olması haqqında xəbərsiz, fermentləri az olanlar isə ilk qəzəb partlayışından sonra qabarıq allergik ola bilərlər.Qüssə. Daimi məyusluq həyatdan xroniki narazılıq hissinin yaranmasına səbəb olur. Bu vəziyyətdən ilk növbədə, emosional mühit ilə sıx əlaqədə olan tənəffüs orqanları əziyyət çəkir: ağ ciyərlər, qırtlaq, bronxlar. Bronxların spazmı ilə müşayiət olunan astma da öz hisslərini ifadə etmək və bundan sevinc hissi duymaq bacarığının olmaması ilə əlaqədardır.

YARADICI İNSANLARIN XƏSTƏLİYİ — NEVROZ
Balaca uşaq söyləyir: «Mən qanqster olmaq ya da dondurma satmaq istəyirəm!» Bu arzulardan hansının üstün gələcəyindən uşağın gələcək həyatının keyfiyyəti asılıdır. İnsanın məşğuliyyəti onun zəif yerlərini müəyyənləşdirir. Bu müddəanı təsdiqləyən məlumatlar ilk dəfə olaraq amerikalı alimlər tərəfindən açıqlanmışdır. Onlar ötən əsrin 80-ci illərinin ortalarında oğurluğa görə məhkum edilmiş cinayətkarlar arasında tədqiqat aparmış və aşkar etmişlər ki, yuxarı ətraf xəstəlikləri, nevritlər, əl daraqlarının hissəvi və ya tam iflici, zəifliyi cinayətkarların xəstəlikləridir.

Bu əlamətləri yalnız fizioloji cəhətdən izah etmək çətin ki, mümkün olsun. Psixoterapevtlər hesab edirlər ki, bu insanlar daima daxili ixtilaf vəziyyətində yaşayırlar: «oğurlama» prinsipi şüuraltı səviyyədə olsa da, özünü büruzə verir və azar, ilk növbədə, cinayətkar əməllərdə iştirak edən bədən hissələrinə zərbə yetirir. Bundan başqa, aşkar edilmişdir ki, sınananların demək olar ki, hamısı böyrək xəstəliklərindən əziyyət çəkirdi. Həkimlər hesab edir ki, canilərin daimi olaraq qorxu hissi keçirməsi burada öz rolunu oynamışdır.

Dinc peşələr də çox zaman pozucu qabiliyyətə malikdir. Misal üçün, artist əməyi ona formal deyil, səylə yanaşdıqda, psixika üçün təhlükəlidir. Obraza alışma, personajın həyatının daxilindən keçirilməsi izsiz ötmür: bəzən aktyor bunun əvəzini isteriya və nevrozlar ilə ödəyir.

Bir çox jurnalistlərə, yaradıcı peşə sahiblərinə xudpəsəndlik xasdır. Bundan da lovğalıq, nüfuz sahiblərinin sirrini bilməkləri haqqında «ovçu hekayələri» yaranır… Arzuolunan və real vəziyyətin uyğunsuzluğu ağır ruhi pozuntular, alkoqolizm və ürək-damar-xəstəliklərinə gətirib çıxarır.

Kədərlənməyə meyllik kişi və qadinlara fərqli təsir göstərir. Neqativ emosiyalarin təsiri altinda qadinlarda maddələr mübadiləsi ləngiyir, kişilərdə isə, əksiinə, sürətlənir. Odur ki, ən kədərli insanlara kök qadinlar və ariq kişilər arasinda rast gəlinir.

Pedaqoq və müəllimlər fərqli tərzdə yaşayır və xəstələnirlər. Almaniyadakı Potsdam Universitetinin alimləri aşkar etmişdir ki, özünü bütövlükdə işinə həsr edən və şagirdlər ilə ünsiyyətə çoxlu vaxt ayıran müəllimlər başqalarından daha çox hallarda infarkt və insultlardan əziyyət çəkirlər. Laqeyd müəllimlər isə sonda depressiya, mədə-bağırsaq traktının xəstəliklərindən əziyyət çəkirlər.

Musiqi ilə əlaqədar fəaliyyət ömrü uzadır — Səs titrəyişləri orqanizmin hüceyrələri ilə rezonansa girərək, onlarda mübadilə və regenerasiya proseslərini aktivləşdirir. Klassik musiqi xüsusi ilə xeyirli təsirə malikdir — təsadüfi deyil ki, dirijor və balet artistləri arasında uzunömürlülərin sayı çoxdur.

Alimlər istisna etmirlər ki, uzun ömür öz arzu- sunu gözəl şəkildə və ardıcıl olaraq həyata keçirmək üçün nadir imkanın nəticəsidir. Məhz bu səbəbdən, Afrika cəngəlliklərində malyariya və cüzam arasında işləmiş filosof Albert Şveytser həyatı boyu bir dəfə də xəstələnməmişdir. Görünür, heç bir mükafat gözləmədən başqaları üçün nə isə etmək arzusu dünyada ən sağlam arzulardan biridir.


Tarix: 27.11.2014 / 11:56 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Ümumi Psixologiya