beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fizioqnostika

Qədim Çindən qaynaqlanan bu elm, öz aktuallığını günümüzdə də saxlamaqdadır.Bu gün Çində insanın taleyini cizgilərindən oxuyan mütəxəssislər hələ də var. İşdir yolunuz Çindən düşsə bəxtinizi sınaya da bilərsiniz. Sözü çox uzatmadan mətləbə keçək. Və xəbər tutaq ki, üzümüzdə nə yazılıb?Daha çox...

İnsanın alnı onun haqqında çox şey deyir. Məsələn tüksüz, iri, dairəvi formaya malik alın sahibinin cəsur insan olduğundan xəbər verir.
Uzun sifət və eyni zamanda uzun alna malik insansa qəddardır.
Kobud və qırmızı qaş – paxıl, qara hamar və düz qaşlarsa ürəyi açıq insana işarədir.
Orta ölçülü göz sahibləri ağıllı, iri və bərəlmiş gözlərsə tənbəl və yalançı insanı bəlli edir. İri gözlərsə lider insanlara xasdır.
Balaca göz – natiqlik qabiliyyəti olan birinə, uzun gözlərsə qəddar insana işarədir.
Qaçan gözlər dəyişkən xarakter və həyat tərzi sürən insana Xırda oynaq göz isə yalançı insana işarədir.
Gözlərin rəngi də danışır. Belə ki, qara, qəhvəyi və yaşıl rəngli gözlər — həyat enerjisinə, mavi isə həssas və mehriban insana xasdır.
Burun da sizin sirrlərinizi aça bilər.
Əyri və çıxıntılı burun – əli açıq,
İti uclu burunsa sərt insana işarədir.
Böyük və yekə dəlikli burun cəsur, qəlbi təmiz insanlara xasdır.
Enli burun – kobud və yalançı insanlara aiddir.
Balaca ağız zəif xarakterdən, yekə ağız isə cəsarətdən xəbər verir. Uzun formalı ağız sahibi isə özünə qapalı şəxsdir.
Balaca və qıraqları aşağı meyilli ağız - həsss insanı bəlli edir.
Dodaqlara gəlincə - nazik dodaqlar hər şeyə həssas yanaşan, balaca-ağıllı. Böyük və üst dodağı sallaq insanlarsa paxıl və qərarsızdırlar.
Böyük və alt dodağı sallaq formaya malik insanlarsa kinli və yelbeyindirlər.
İnsanın alnı mədə-bağırsaq sistemindən də xəbər verə bilir. Alındakı cizvələr, mütəmadi baş ağrıları və qızartılar bağırsaqlardakı problemdən danışır.
Qaşların arasındakı hissədə yaranan şişlər, qızartılar böyrəklərin xroniki problemlərindən danışır.
Gözlərin zəifləməsi - Bəzən bu heç də görmənin problemləri deyil. Siz böyrəklərinizlə bağlı ciddi problem yaşadıqda da bu vəziyyət yaranır.
Qalın qaşlar kişilərdə - hormonal balansın ideal vəziyyətinə, qadınlar da isə cinsiyyət vəzilərinin probleminə işarədir.
Sallaq yanaqlar - yuxuya olan təlabatdan, əsəb gərginliyindən agah edir.
Kirpiklərin tökülməsi - genetik xəstəliklərdən, intoksikasiyadan,
Gözlərin altındakı qızartı və şişlər isə orqanizmin zəifləməsindən xəbər verir.
Saçların gec uzanması – zəif əsəb sistemindən,
Sifətin tüklənməsi isə - cinsiyyət orqanlarının disfunksiyasından danışır.
Soyuq və tez-tez tərləyən dəri - böyrək xəstəliklərindən,
İri qırmızı dodaqlar kişilərdə - impotensiyaya meyillilikdən, qadınlarda isə cinsiyyət vəzilərinin pozğunluğundan xəbər verir.
Böyük qulaqlar - uzunömürlülüyə işarədir.
Balaca qulaq – yorğunluğa meyillilikdən, infarkta həssaslıqdan danışır.


Tarix: 27.11.2014 / 12:09 Müəllif: Aziza Baxılıb: 170 Bölmə: Ümumi Psixologiya