beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Frustrasiya

Frustrasiya - insanın öz heyatı meqsedlerine çatmasına maneçilik töreden real ve xeyali maneelerle üzleşdiyi zaman düşdüyü gergin psixi veziyyetdir.

İnsan heyatda istediyine nail olmadıqda, istediyi mövqeye çatmadıqda onda narazılıq hissleri yaranır, lakin bu zaman şüur ve fealiyyet sabit, deyişmez qalır, pozulmur. Lakin insan ele meqamlarla, ele maneelerle qarşılaşır ki, bütün bunlar onun arzularını, xeyallarını ve isteklerini üreyinde qoyur. Bu zaman yaranmış menfi emosional psixoloji veziyyet insanın şüur ve fealiyyetini pozur. İnsanın narazılıq ve temin olunmamaq seviyyesi onun dözüm seviyyesinden yüksek olur. İnsan heyatda menfi qiymetlendirilerken, onun müqeddes hesab etdiyi hisslerine, duyğularına tecavüz olunması, ona qarşı edilen haqsızlıq onda frustrasiya halını güclendire biler. Bunun neticesinde insanda qezeb, nifret, küskünlük, özünü itirmek kimi veziyyetler yaranır.

İnsanda derin psixi sarsıntılar töreyir, xarakterinde deyişiklikler yaranır. İnsanın davranışında özüne inamsızlıq, ruh düşkünlüyü müşahide olunur, ciddi nevrozlar baş verir.

İnsan frustrasiya veziyyetinden yalnız özünde böyük inam hissini aşılamaqla, çetinliklerden çıxmağın düzgün ve semereli yollarını axtarıb tapmaq, qiymetlendirmek ve heyata keçirmekle çıxa biler.


Tarix: 05.03.2013 / 17:21 Müəllif: [Ram] Baxılıb: 606 Bölmə: Ümumi Psixologiya