beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntellektin ölçülmesi

İntellektin ölçülmesinin müxtelif nezeriyyelere aid bir çox metodları var. Bunlardan en çox istifade olunan metod IQ (Intelligence quotient – intellekt koeffisenti) testleridir. Bu testlere verbal-linqvistik, mentiqi-riyazi, vizual-feza qabiliyyetlerine aid tapşırıqlar daxil edilir. Müxtelif ölkelerin universitetleri terefinden intellektin ferqli sahelerine aid, emosional intellekte aid testler yaradılmışdır.

Emosional intellekte aid testlere müxtelif affektleri tesvir eden ve situasional suallar daxil edilir. Bu suallara cavablar “heç razı deyilem.......tamamile razıyam” şkalası üzre verilir. Bu suallardan bezileri aşağıdakılardan ibaretdir:

Men narahat olanda bunun sebebini müeyyenleşdirmekde çetinlik çekmirem. Emosional insanlar mende narahatlıq yaradır. Men işi hemişe yaxşı görmeye çalışıram, hetta bunu heç kim görmese bele. Adamlar yaxşı iş görende men buna göre onlara kompliment deyirem.

Müasir intellekt nezeriyyelerinin müellifleri ve bu sahede çalışan tedqiqatçılar intellektin ölçülmesinin enenevi yollarını, xüsusile de IQ testlerini gelecek individual uğurların esas göstericisi hesab edilmesinin eleyhinedirler. Onların fikrince bu testler esil intellekti ölçmürler. 1980-ci illerde aparılan tedqiqatlar gösterir ki, Braziliyalı küçe uşaqları özlerinin xırda biznesleri üçün teleb edilen riyazi emeliyyatları yaxşı bildikleri halda, mektebde oxşar tapşırıqları yerine yetire bilmirler. Amerikada Kaliforniyalı evdar qadınlar supermarketde müxtelif erzaqların qiymetlerini müqayise etmek üçün asanlıqla riyazi hesablamalar apardıqları halda, eyni meseleleri kağız, qelemle hell etmekde çetinlik çekirler.


Tarix: 05.03.2013 / 17:39 Müəllif: [Ram] Baxılıb: 562 Bölmə: Ümumi Psixologiya