Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düşüncələrimizə diqqət yetirək!

Amerikada,Texas əyalətində qalan bir ailənin 11 yaşlı övladı televizorda futbol seyr edən atasının diqqətini özünə cəlb etmək istəyir. Və oyuncaqlarını ona göstərmək istəyir. “ Get başımdan ” - deyən atasının sözündən pis olan uşaq öz otağına gedir. Və bir az sonra yenidən atasının yanına gəldiyi zaman, atası daha da hirslənir. Və “ niyə gedib özünü vurmursan? ” – deyir. Uşaq otaqdan çıxır və silah səsi eşidilir, uşaq özünü qətlə yetirir...

düşünmək


Digər bir həyat hekayəsinə nəzər salaq. Türkiyədə tətilə gedən cavan bir oğlan yolda qəza keçirmiş ,lazımsız,atılmış bir maşın gördükdə ağlına dostları ilə zarafat etmək gəlir. O maşının içərisinə daxil olub , arxa oturacaqda ölmüş kimi poza verərək, şəkil çəkdirir. Cavan oğlan tətildən qayıdanda bu şəkli dostlarına göstərib, “ Qəza keçirdim və öldüm. Baxın bu da mənim ölüm şəklim ” – deyir. Bir neçə ay sonra bayram münasibəti ilə nənə - babasını təbrik etmək üçün o ailəsi ilə birgə başqa bir əyalətə gedir. Maşını atası idarə edirdi. Yolda baş verən qəza zamanı cavan oğlan eyniylə 7 ay öncə çəkdirdiyi bir şəkli özü də istəmədən gerçəkləşdirir.


Ona görə də insanlar öz düşüncələrinə diqqət yetirməlidirlər, çünki düşüncələr gerçəkləşə bilər...


Tarix: 27.11.2014 / 11:47 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Ümumi Psixologiya
loading...