beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emosional intellekt

Emosional intellekt anlayışı psixologiyaya H. Gardnerin, P. Saloveyin ve J. Mayerin 1980-ci illerde apardıqları tedqiqatlarla daxil oldu. Lakin emosional intellekt nezeriyyesi Daniel Golemanın Emotional Intelligence (1995) adlı kitabının neşrinden sonra populyarlaşdı. Ümumi şekilde emosional intellekti H. Gardnerin nezeriyyesindeki interpersonal ve intrapersonal intellektlerin cemi kimi, başqa sözle, insanın özünü ve başqalarını başa düşmek qabiliyyeti kimi izah etmek olar.

Salovey ve Mayere göre emosional intellekt “özünün ve başqalarının hisslerine ve emosiyalarına diqqet ederek onları bir birinden ferqlendirmek ve bu informasiyadan istifade ederek öz düşüncesini ve hereketlerini idare etmek qabiliyyetidir.
D. Golemana göre emosional intellekte aşağıdakı saheler daxildir:
Özünü derk etme – öz emosiyalarını derk etme ve onları qiymetlendirme qabiliyyeti, özüne inam;
Özünü idare etme – öz emosiyalarını idare etme, etibarlılıq, uyğunlaşa bilmek ve optimist düşüne bilmek qabiliyyetleri;
Sosial hessaslıq – empatiya, teşkilat daxilinde başqalarına qarşı diqqetlilik;
Münasibetlerin idare edilmesi – ruhlandırıcı rehberlik, tesir etme, başqalarının inkişafına sebeb olma, müsbet deyişikliklere sebeb olma, konfliktlerin idare edilmesi, kollektiv iş görme qabiliyyeti.


Tarix: 05.03.2013 / 17:36 Müəllif: [Ram] Baxılıb: 431 Bölmə: Ümumi Psixologiya