beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Psixologiya elminin inkişaf merheleleri

Psixologiya elmi öz inkişafının müxtelif merhelelerinde keçmişdir. Bunlar aşağıdakılardan ibaretdir:

Elmeqederki birinci merhele. Qedim dövrden başlayaraq bizim eradan evvelki VII-VI esrlere qederki dövrü ehate edir. Bu dövrde ruh (psixika)haqqında tesevvürler çoxsaylı mif ve efsanelerde, nağıl ve ilkin dini inamlarda, totemlerde öz eksini tapmışdır.

İlkin elmi tesevvürler (ikinci merhele). Bu dövr eramızdan evvel VII-VI esrlerden başlayaraq XVIII esrin sonuna qeder olan dövrü ehate edir. Bu dövrde psixologiya elmi felsefenin terkibinde inkişaf etmişdir. İkinci merhelenin başa çatması ile bağlı olaraq psixoloji edebiyyatda fikir ve mövqeler ferqlidir.

Psixologiyanın inkişafının merhelelere ayrılması diger elmlerde olduğu kimi şerti xarakter daşıyır. Bezen psixologiya elminin müsteqil elm sahesi kimi yaranmasını V.Vundtun eksperimental psixologiay laboratoriyasının yaranması tarixinden götürmediyi de teklif edenler de var.

Psixologiya elminin inkişafının üçüncü merhelesi Almaniyanın Leypsiq şeherinde V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması ile başlayır. Eksperimental psixologiya laboratoriyasının yaranması ile psixologiya müsteqil, obyektiv ve eksperimental elm sahesine çevrildi. Lakin V.Vundtun assosianist yanaşmanın esasında qurduğu psixoloji model insanın ruhu alemi, emosional haleti, şexsiyyetin strukturu, yaradıcı feallığı ile bağlı yeni faktlar vere bilmedi.

XX esrin II yarısında yeni psixologiya mektebleri ve istiqametleri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Belelikle, demek olar ki, XX esrin 60-cı illerinden başlayaraq psixologiya elmi özünün yeni inkişaf merhelesine daxil oldu. Bu merhelenin xarakterik xüsusiyyeti onan ibaretdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı mekteblerin, tedqiqat istiqametlerinin birleşmesi prosesi gedir.


Tarix: 05.03.2013 / 17:06 Müəllif: [Ram] Baxılıb: 674 Bölmə: Ümumi Psixologiya