beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atribusiya

Atribusiya nezeriyyesi - bir sosial psixologiya nezeriyyesidir. İlkin formasında Amerika psixoloqu Fris Hayder (Fritz Heider) terefinden 1944-1946-cı illerde teqdim edilmişdir ve insanların, özlerinin ve başqalarının davranışlarını nece qebul etdiklerini, hansı sebeblerle bağladıqlarını izah edir. Teoriya 60-cı illerde Harold Kelley, Edward E. Jones ve Lee Ross terefinden inkişaf edilmişdir.

Atribusiya nezeriyyesine göre eger şexsin davranışı başqalarının hemin situasiyadakı davranışından ferqlenirse, lakin şexsin bu ve ya başqa tipli situasiyalardakı davranışına benzeyirse, biz onun hereketlerini daxili (internal) faktorlarla, xüsusiyyetlerle, meyllerle izah edirik. Eger şexsin davranışı başqalarının hemin situasiyadakı davranışına benzeyir, lakin şexsin bu ve ya başqa tipli situasiyalardakı davranışından ferqlenirse, onda biz onun hereketlerini xarici (eksternal) faktorlarla, situasiyanın tesiri ile izah ediri. Meselen, professional fealiyyeti zamanı kolleqasının tenqidi ile üzleşen ve bu irada çox sert reaksiya veren bir şexs tesevvür edek. Eger bu şexs evveller de işine tutulan iradlara keskin menfi münasibet gösteribse, biz onun son situasiyadakı hereketini onun tenqide barışmaz münasibeti ve belke de işinde inkişafa nail olmaq istememesi ile, sebirsiz olması ile, başqa sözle onun personal xüsusiyyetleri ile izah edirik. Lakin eger, hemin şexs evveller ona tutulan iradlara müsbet yanaşıbsa, sebirle öz pozisiyasını izah edibse, tenqid doğru olduqda işinde düzeliş edibse, bu şexsin son situasiyadakı hereketini biz onun öz işinde keyfiyyete nail olmaq üçün bacardığını etdiyi halda istediyi neticeni ala bilmemesi ile ve ya tenqidin doğru olmaması ile, başqa sözle, xarici faktorlarla izah edirik


Tarix: 05.03.2013 / 17:07 Müəllif: [Ram] Baxılıb: 474 Bölmə: Ümumi Psixologiya