Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xorasız dispepsiya sindromunda diaqnostika və müalicə alqoritmi

Müəlliflər: Professor Şeptulin A. A. , Kolmakova O. Z.
Tərcümə: Dr. Quliyev V.S.

1999-cu ilin noyabr ayında Roma şəhərində 7-ci Birləşmiş Avropa Qastroenterologiya həftəsi zamanı (II Roma kriteriyaları adlandırılır) keçirilmiş mədə-bağırsaq traktının funksional xəstəliklərinin diaqnostik kriteriyalarının təkmilləşdirilməsi üzrə Beynəlxalq işçi qrupunun (Multinational Working Teams to Develope Diagnostic Criteria for Functional Gastrointestinal Disorders) razılaşma iclasının məsləhətinə uyğun olaraq, dispepsiya sindromuna epiqastral nahiyədə orta xəttə yaxın lokalizə olunmuş ağrı və diskomfort hissiyatı kimi tərif verilmişdir. Orta xəttə yaxınlıq barədə dəqiqləşdirmə xüsusi əhəmiyyət kəsb edir, belə ki, artıq sol və ya sağ qabırğaaltı nahiyələrdə lokalizə olunmuş ağrı dispepsiya sindromuna aid edilməyəcək. Dispepsiya anlayışına gəldikdə isə bu, xəstənin ağrı kimi identifikasiya etmədiyi, qabırğaaltı nahiyədə ağırlıq, dolğunluq, ürəkbulanma, tez doyma kimi subyektiv hissiyatlarını əhatə edir.
Dispepsiya sindromuna xas olan simptomokompleksi qastroezofageal reflyuks xəstəliyi (bu xəstəlikdə xəncərəbənzər çıxıntı nahiyəsində yandırıcı ağrılar üstünlük təşkil edir) və qıcıqlanmış bağırsaq sindromundan (burada qarında ağrılar bağırsaqların boşalması ilə əlaqədardır və həm defekasiya tezliyinin, həm də ifrazatın konsistensiyasının pozulması ilə müşayiət olunur) fərqləndirmək vacibdir.
Dispeptik şikayətlərin səbəblərindən asılı olaraq, orqanik və funksional (xorasız) dispepsiya ayırd olunur. Orqanik dispepsiya haqda yalnız xəstənin müayinəsi zamanı xora xəstəliyi, mədə şişləri, öd daşı xəstəliyi, xronik pankreatit və s. kimi patologiyalar aşkar olunduqda danışmaq olar. Əgər hərtərəfli müayinə nəticəsində yuxarıdakı xəstəliklər istisna olunarsa,(bir il ərzində dispepsiya şikayətlərinin 12 həftədən az olmayaraq davam etdiyi halda) bu xəstələr xorasız dispepsiyalı hesab edilir.

Xorasız dispepsiyanın klinik variantları

Xorasız dispepsiyanın klinik mənzərəsində hansı simptomların daha üstün olmasından asılı olaraq xorayabənzər və diskinetik variantları ayırd olunur.
Xəstədə olan dispepsiya simptomları yuxarıdakı iki variantdan heç birinə uyğun gəlmədikdə bu hal xorasız dispepsiyanın qeyri-spesifik variantı kimi identifikasiya olunur.
Xoralı dispepsiya sindromuna qastroezofageal reflyuks xəstəliyi və qıcıqlanmış bağırsaq sindromu ilə birlikdə rast gəlmək də mümkündür.

Epidemiologiya.

Dispeptik pozğunluqlar ən çox yayılmış qastroenteroloji şikayətlər sırasındadır. Dispeptik sindromun populyasiyada rastgəlmə tezliyi Qərbi Avropanın inkişaf etmiş ölkələri, ABŞ və Kanadada 30-40% təşkil edir, Afrika ölkələrində isə 60% və daha çoxdur. Burada orqanik dispepsiyanın payına bu sindromun bütün rast gəlinmə hallarının 35-50%-i, xorasız (funksional) dispepsiyanın payına isə 50-65% düşür.

Etiologiya və patogenez.

Xora xəstəliyi, mədə xərçəngi, öd daşı xəstəliyi və s. olmayan dispepsiya sindromlu xəstələrda əvvəllər dispeptik pozğunluqların səbəbi bir qayda olaraq pilorik helikobakterlə (H. pylori) əlaqəli olan xronik qastrit hesab olunurdu. Lakin son illərdə aparılmış tədqiqatlar göstərdi ki, mədə selikli qişasında dəyişikliklərlə dispeptik şikayətlər arasında korrelyasiya yoxdur və xronik qastritli xəstələrin böyük əksəriyyəti özünü subyektiv olaraq sağlam hiss edir.
N. J. Talley və digər müəlliflərin son elmi işlərində qeyd etdiklərinə görə, H. pylori ilə əlaqəli xronik qastrit ən çox xorasız dispepsiyalı xəstələrdə müəyyən olunur. Lakin bu alimlər qastritik dəyişikliklərin dərəcəsi ilə şikayətlərin xarakteri və intensivliyi arasında asılılığı təyin edə bilməmişlər.
Belə xəstələrdə H. pylori-nin eradikasiyası mədənin selikli qişasında iltihabi prosesi zəiflətsə də, dispeptik şikayətləri azaltmadı (bu xəstələrdə eradikasion terapiyanın plasebodan heç bir əhəmiyyətli fərqi olmadı).
Son illərdə aparılan tədqiqatlar həmçinin, xorasız dispepsiya sindromlu xəstələrdə xlorid turşusu sekresiyası miqdarının sağlam şəxslərdəkindən fərqlənmədiyini gostərmişdir. Bu xəstələr arasında siqaret çəkmə, alkoqollu içkilərdən istifadə, çay və qəhvə içmə, həmçinin qeyri-steroid iltihab əleyhinə preparatlardan istifadə digər qastroenteroloji xəstəlikləri olan pasientlərlə muqayisədə çox da geniş yayılmamışdır.
Xorasız dispepsiyanın patogenezində artıq hal-hazırda subut olunmuş faktor kimi mədə və onikibarmaq bağırsaq motorikasının pozulmasını gostərmək olar. Bundan əlavə, muəyyən dispeptik şikayətlərin mədə-bağırsaq traktının yuxarı şobələrindəki motor funksiya pozğunluqları ilə əlaqədar olması təyin olunmuşdur.
Belə ki, xorasız dispepsiyalı xəstələrin 40%-da rast gəlinən mədə akkomodasiyasının pozğunluqları (akkomodasiya dedikdə burada mədənin fundal şobəsinin qida qəbulundan sonra relaksasiyası nəzərdə tutulur) mədədə qidanın duzgun paylanması prosesini pozur və vaxtından əvvəl doymaya gətirib çıxarır. Xorasız dispepsiyanın diskinetik variantında muəyyən olunan qastroparez yeməkdən sonra qabırğaaltı nahiyədə dolğunluq hissi, urəkbulanma, qusma kimi şikayətlərə səbəb olur. Mədənin evakuator funksiyas? normal olduqda dispeptik şikayətlərin səbəbi mədə divar? reseptor apparat?n?n gərilməyə həssasl?ğ? (visseral hipersensitivlik) ola bilər.

Diaqnostika və differensial diaqnostika.

Xorasız dispepsiyaya xas olan simptomokompleks spesifik deyil, ona görə də bu sindromun diaqnostikası orqanik dispepsiyada rast gəlinən xəstəliklərin (birinci növbədə xora xəstəliyi, mədə xərçəngi, qastroezofageal reflyuks xəstəliyi, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri) istisna olunması ilə qoyulur. Bundan başqa mədə-bağırsaq traktının yuxarı şöbələrində motorikanın ikincili pozğunluğu ehtimalı da (məsələn, şəkərli diabet, sistem sklerodermiyada)nəzərdən qaçırılmamalıdır.
Xəstələri müayinə edərkən mütləq qanın klinik və biokimyəvi analizi, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi, qastroduodenoskopiya icra olunmalı, göstərişə görə isə barium-sulfat suspenziyası ilə rentgenoloji müayinə, kompüter tomoqrafiyası müayinəsi aparılmalıdır. Mədə-bağırsaq traktının yuxarı şöbələrində motor pozğunluğu göstərən simptomlar olduqda elektroqastroqrafiya, texnesium və indium izotopları ilə mədənin ssintiqrafiyası kimi metodlar tətbiq olunur.
Xorasız dispepsiya diaqnozunun qoyulması zamanı həyəcan simptomları (alarm symptoms) və ya "qırmızı bayraqlar" (red flags) simptomunun olmasına xüsusi diqqət vermək lazımdır, çünki, bu simptomların tapılması xorasız dispepsiya sindromunu inkar edir və bu halda daha ciddi orqanik xəstəliyin aşkar edilməsi üçün əlavə diaqnostik axtarış aparılmalıdır.
Dispepsiya sindromlu xəstələrdə həyəcan simptomlarına aşağıdakılar aiddir:
* qızdırma;
* disfagiya;
* nəcisdə görünən qan qarışığı;
* səbəbi naməlum arıqlama;
* anemiya;
* leykositoz;
* EÇS-nin artması;
* ilk dəfə 45 yaşdan sonra meydana çıxmış dispepsiya simptomları.

Müalicə.

Xorasız dispepsiyalı xəstələrin müalicəsi olduqca mürəkkəbdir. Belə ki, müalicə planı kompleks olmalı və yalnız bu və ya digər dərman maddələrinin təyinindən ibarət olmayıb həyat şəraitinin, qidalanma rejimi və xarakterinin normallaşdırılmasını da əhatə etməli, ehtiyac olduqda isə psixoterapevtik üsullara da müraciət olunmalıdır. Hal-hazırda ən avtoritetli sayılan qastroenteroloji ədəbiyyatın (Sleisenger & Fortran’s Gastrointestinal and Liver Disease, 1998) 6-cı, son buraxılışında xorasız dispepsiyalı xəstələrin müalicəsində ümumi müddəalar praktik həkimlər üçün işlənib hazırlanmışdır.
Dispepsiyanın xorayabənzər variantında dərman preparatlarından antasidlər və antisekretor preparatlar (H2-blokator və proton pompası blokatorları) istifadə olunur. Xəstələrin bir qismində helikobakter əleyhinə eradikasyon terapiya effekt verə bilər. Eradikasion terapiyanın xeyrinə belə bir arqument mövcuddur ki, bu müalicə dispeptik pozğunluqları tamamilə ləğv etməsə belə, gələcəkdə meydana çıxa biləcək xora xəstəliyinin inkişaf riskini istənilən halda azaldır.
Xəstəliyin diskinetik variantının müalicəsində əsas yeri prokinetiklər – mədə-bağırsaq traktının hərəki funksiyasını normallaşdıran preparatlar tutur. Bu qrup dərman maddələrinə ilk olaraq dofamin reseptoru blokatorları metoklopramid və domperidon (Motilium) aiddir. Hal-hazırda metoklopramidlə müalicə (xüsusilə uzunmüddətli) çox da məqsədəuyğun sayılmır, çünki, bu preparat hematoensefalik baryeri keçir və xəstələrin əksəriyyətində (20-30%) yuxululuq, yorğunluq, narahatlıq, həmçinin ekstrapiramid pozğunluqlar kimi arzuolunmaz hallara gətirib çıxarır.
Motiliumun farmakodinamik xüsusiyyətləri mədə və onikibarmaq bağırsaq divarında yerləşmiş dofamin reseptorlarına blokator təsiri ilə əlaqədardır və əsas etibarilə həzm traktının yuxarı şöbələrinin tonus və peristaltikasının gücləndirilməsindən ibarətdir.
Motilium qida borusunun aşağı sfinkterinin tonusunu artırır, mədənin yığılma qabiliyyətini gücləndirir, qastral evakuasiyanı sürətləndirir, antroduodenal koordinasiyanı normallaşdırır.
Xorasız dispepsiyalı xəstələrin motiliumla müalicəsini (3-4 həftə ərzində gündə 3-4 dəfə 5-20 mg) araşdıran Avropada aparılmış ikiqat kor tədqiqatların nəticələrinin analizi göstərdi ki, bu halda müvəffəqiyyətli müalicə (şikayətlərin tamamilə ləğv olunması və ya azalması) plasebo effekti ilə müqayisədə 61-85% təşkil edir. Avropada aparılmış açıq tədqiqatda isə həmin müalicənin əla və yaxşı nəticəsi xəstələrin 88%-ində qeydə alındı.
Xəstələrdə klinik simptomların zəifləməsi ilə paralel olaraq, bərk və maye qidaların mədədən evakuasiyasının yaxşılaşması da müşahidə olundu.
Motiliumun istifadəsi zamanı arzuolunmaz əlavə təsirlərə çox az rast gəlinir (xəstələrin 0,5-1,8%-ində). Ən çox müşahidə olunan arzuolunmaz əlavə təsirlər baş ağrısı və ümumi yorğunluqdur. Metoklopramidə xas olan ekstrapiramid pozğunluqlara motiliumdan istifadə zamanı çox az rast gəlinir (0,05%).

Ədəbiyyat:

1. Talley N.J., Stanghellini V., R.C.Heading et al. Functional
gastroduodenal disorders Gut. 1999; 45 (Suppl.II): 1137-42.
2. Talley N.J., Janssens L, Lauritsen K. et al. Eradication of
Helicobacter pylori in functional dyspepsia: randomised double blind
placebo controlled trial with 12 months’foolow up Br. Med.J. 1999;
318: 833-7.
3. Smout A.J.P.M. Mechanisms underlying non-ulcer dyspepsia New
horizons in gastrointestinal and liver disease (ed. M.J.G.Farthing,
G.Bianchi-Porro). John Libbey Eurotext, Paris, 1999; 45-51.
4. McColl K.E.L. Update on the management of non-ulcer dyspepsia New
horizons in gastrointestinal and liver disease (ed. M.J.G.Farthing,
G.Bianchi-Porro). John Libbey Eurotext, Paris, 1999; 53-60.


Tarix: 07.01.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1079 Bölmə: Umumi Xestelikler
loading...