12-25 yaş arası 3.1 mln. nəfərə yaxın amerikalının müxtəlif vaxtlarda öskürək və soyuqdəymə əleyhinə preparatlardan narkotik effekt almaq üçün istifadə etdiyi müəyyən olunmuşdur. ABŞ Narkologiya və Psixiatrik Xidmətlər İdarəsinin (SAMHSA) əməkdaşları 2006-cı ildə aparılmış sorğu əsasında belə nəticəyə gəlmişlər.
Ekspertlərin dediyinə görə, ABŞ-da gənclərin və yeniyetmələrin təxminən 5%-i öskürək və soyuqdəymə əleyhinə reseptsiz satılan preparatlardan sui-istifadə edir və bunların da əksəriyyətini ağdərililər təşkil edir. Bu göstərici LSD istifadə edənlərə yaxın, metamfetamin istifadəçilərindən isə dəfələrlə çoxdur.
Soyuqdəymə əleyhinə reseptsiz satılan preparatların narkotik effekti onların tərkibində öskürək əleyhinə komponent kimi təsir göstərən dekstrometorfanla əlaqədardır. 140-dan çox öskürək və soyuqdəymə əleyhinə preparatın tərkibinə daxil olan bu maddə yüksək dozada istifadə olunduqda hallüsinasiya, dezorientasiya, görmə bulanıqlığı və nitq pozğunluğuna səbəb ola bilir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hal qusma, əzələ spazmları, ürək ritmi pozğunluqları və hətta ölümə gətirib çıxara bilər.
Tarix: 07.01.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Umumi Xestelikler