Hyustondakı Beylor Tibb Kollecinin əməkdaşları kokain asılılığının müalicəsi üçün hazırlanmış peyvəndi klinik sınaqlardan keçirir. Bu preparatın immun sistemə təsiri ilə xüsusi anticisimlər meydana gəlir ki, bunlar da kokaini beynə nüfuz etmədən neytrallaşdırır. Beləliklə, kokain qəbulunun narkoman üçün heç bir əhəmiyyəti qalmır.
Immun sisteminin tanıması üçün alimlər kokain molekulunu vəba vibrionu toksininin iri zülal molekulu ilə birləşdirmişlər. Əsl kokaindən fərqli olaraq bu yeni kimyəvi birləşmə eyforiya və asılılıq yaratmır. Lakin orqanizmdə bu preparata qarşı yaranan anticisimlər həm yeni "hibrid" molekulu, həm də təmiz kokaini tanımağa qadirdir.
Peyvəndin yaradıcıları ər və arvad Tom və Tereza Kosten ötən 2007-ci ilin sonunda klinik sınaqların üçüncü mərhələsi üçün müraciət etmişlər. Araşdırmalarda uzun müddət kokaindən istifadə etmiş 300-ə yaxın pasientin iştirak edəcəyi gözlənilir. Tədqiqatçıların dediyinə görə, sınaqlar uğurla nəticələnsə belə, preparatdın kütləvi şəkildə istifadəsi yalnız bir neçə ildən sonra mümkün olacaq.
Kokain asılılığının müalicəsi üçün vaksin Kosten cütlüyünün yeganə layihəsi deyil. Hal-hazırda onlar metamfetamin, heroin və nikotinin təsirini blokada edən vaksinlər üzərində işləyirlər.
Tarix: 07.01.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Umumi Xestelikler