Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Umumi XesteliklerBeyin travmaları cinsiyyət hormonu ilə müalicə olunacaq

[color=#f82e00]ScienceDaily nin verdiyi məlumata görə, amerikan alimləri beyin travmalarının müalicə planına qadın cinsiyyət hormonu olan progesteronu (hamiləlik hormonu) daxil etməyi məsləhət görmüşlər. Məlum olduğu kimi, progesteron sadəcə cinsiyyət hormonu deyil, həm də neyrosteroiddir, yəni təkcə kişi və qadın cinsiyyət vəzilərində deyil, həm də mərkəzi sinir sistemində sintez olunur. Progesteron həmçinin, bu qrup maddələrdən allopreqnenolonun sələfidir. Neyrosteroidlər neyroprotektor (sinir hüceyrələrini müxtəlif zərərli təsirlərdən qoruyucu), sinaps funksiyalarının tənzimlənməsi, sinir liflərinin miyelinləşməsi, apoptoz (proqramlanmış hüceyrə ölümü) kimi proseslərdə iştirak edir. Bu məlumatlara əsaslanaraq alimlər progesteronun beyin travmalarının müalicəsində istifadə oluna bilmə imkanlarını araşdırmışlar. Bu tip travmaların ABŞ və bütün dünyada rast gəlinmə tezliyi son Ardı »

Umumi XesteliklerYuxudan erkən oyanmaq sağlamlıq üçün zərərlidir

Yapon alimlərinin tədqiqatlarına görə, yuxudan erkən oyananlar arasında ürək xəstəliklərinə tutulanlar gec oyananlara nisbətən

xeyli çoxdur.
Başqa bir tədqiqatın nəticələrinə görə, xronik yuxusuzluq və erkən oyanma ürək-damar xəstəlikləri, xüsusilə arterial hipertoniya hallarını artırır. Britaniyada 6500 qadın üzərində aparılmış bu tədqiqatda müəyyən olunmuşdur ki, sutkada beş saatdan az yatan qadınlar arasında arterial hipertoniya halları sutkada yeddi saatdan çox yatanlara nisbətən iki dəfə çoxdur.
Ardı »

Umumi XesteliklerBəşəriyyətin bir hissəsinin əzələləri mutasiya nəticəsində dəyişilmişdir

Planetin milyarda yaxın sakini kəskin hərəkətlərə imkan verən əzələ zülalından məhrumdur. Çox güman ki, əcdadlarımız məhz bu mutasiya nəticəsində uzunmüddətli köçlərə və soyuğa davam gətirə bilmişlər.
1999-cu ildə Sidney Universitetindən Ketrin Nort müəyyən etmişdir ki, Avropa mənşəli əhalinin 18%-i əhəmiyyətli zülal olan alfa-aktinin 3-dən (ACTN3) məhrumdur. Skelet əzələlərinin tərkibinə daxil olan bu zülal ağır yüklənmələrə məruz qaldıqda sürətli əzələ lifləri tərəfindən istifadə olunur. Buna baxmayaraq, həmin zülala malik olmayan insanlar gündəlik məruz qaldıqları ağırlıqların tamamilə öhdəsindən gələ bilirlər.


Tədqiqatı davam etdirən alimlər öz ölkələrindəki atletləri araşdırmış və müəyyən etmişlər ki, qadın sprinterlərin hamısında ACTN3 mövcuddur. Kişilərdə isə bu gen olimpik səviyyəli ağır idman Ardı »

Umumi XesteliklerAğrı insanı qocaldır

Elə insan tapılmaz ki, nə vaxtsa bədəninin hər hansı bir hissəsində baş qaldıran ağrıdan əziyyət çəkməmiş olsun. Alimlər sübut etmişlər ki, ağrı çəkmək nəinki insanın həyatını dözülməz edir, hətta cavanlığını əlindən alır. Çox zaman insanlar həkimə belə müraciət edirlər: «ağrıdan ölürəm, daha qüvvəm qalmayıb». Ağrıların insanın ömrünə nə dərəcədə təsir etdiyini öyrənməyə çalışan Kaliforniya Universitetinin əməkdaşları 50 yaş və ondan yuxarı 18 541 insanı müayinə etmişlər. Onları maraqlandıran əsas məsələ xroniki ağrıların insanın vəziyyətinə və sağlamlığına necə təsir etdiyini öyrənmək idi. Aparılan müayinələrdən aydın olmuşdur ki, iştirakçılardan 50-59 yaşlarında olan və heç bir xroniki xəstəlikdən əziyyət çəkməyənlərin hər üçündən biri problemsiz Ardı »

Umumi XesteliklerAclıq anoreksiyalı xəstələrə “ekstazi” kimi təsir edir

[color=#039b80]Baş beyindəki həzz və iştaha mərkəzinə ekstazi ilə anoreksiya eyni cür təsir göstərir. Beləliklə, aclıq hissi anoreksiyada narkotik vasitələrdən asılılığa bənzəyən bir asılılıq yaradır. Məlumatı Proceedings
of the National Academy of Science jurnalı vermişdir.
Həm anoreksiya, həm də ekstazidən istifadə iştahanın zəifləməsi ilə müşayiət olunur. Ciddi enerji çatışmazlığının olmasına baxmayaraq, anoreksiyalı xəstələr qida qəbulunu məhdudlaşdırmaqda davam edir.


Fransa Elmi Araşdırmalar Milli Mərkəzinin alimləri baş beyində zolaqlı cisim (corpus striatum) nahiyəsində yerləşmiş bir nüvəni (nucleus accumbens) tədqiq etmişlər. Bu nüvədə yerləşmiş mərkəz, özündəki 5-HT4 serotonin reseptorları ilə "həzz mərkəzi" rolunu oynayır və narkotiklər, seks və digər həzz növlərindən qane olmağa cavabdehdir. Bu mərkəz həmçinin Ardı »

Umumi XesteliklerŞirniyyat yedikdən sonra ayran için

Dişlərin çürüməsinə ən çox səbəb olan qida müxtəlif növ şirniyyatlardır. Mütəxəssislər şirniyyat yedikdən sonra süd məhsulları qəbul etdikdə çürümə prosesinin qarşısının alındığını qeyd edirlər. Ardı »

Umumi XesteliklerQrip əleyhinə universal peyvənd hazırlandı

ABŞ və Böyük Britaniya alimləri A tipli qripp virusunun bütün növ müxtəlifliklərinə qarşı uzunmüddətli müdafiəni təmin edən peyvəndin klinik sınaqlarının birinci mərhələsinin başa çatması haqda bəyanat vermişlər. Yeni preparat mövsümi qrip epidemiyaları ilə mübarizə üçün peyvəndlərin hər il yenilənmə məcburiyyətini aradan qaldıracaq.
Müasir qrip əleyhinə peyvəndlər səthi virus zülalları olan hemaqqlütinin və neyraminidazanı tanımaqda immun sisteminə kömək edir. Tez-tez baş verən mutasiyalar nəticəsində bu zülalların strukturu dəyişildiyinə görə, qripin yeni növ müxtəliflikləri ilə mübarizədə hər dəfə yeni peyvəndlər tələb olunur.


Akambis şirkəti mütəxəssisləri tərəfindən hazırlanmış ACAM-FLU-A peyvəndi M2e adlı başqa bir səthi zülala qarşı immun cavab yaradır. Bu zülalın strukturunu kodlaşdıran gen A Ardı »

Umumi XesteliklerLatın Amerikasını denge qızdırması bürüyüb

Latın Amerikası və Karib dənizi hövzəsindəki ölkələrdə yayılmış denge qızdırması təxminən 200 nəfər insanın ölümünə səbəb olmuşdur. Mütəxəssislərin rəyinə görə, xəstəliyin belə kütləvi şəkildə alovlanmasına son onilliklər ərzində ilk dəfə rast gəlinir.


Bu ilin əvvəlindən etibarən həmin ölkələrdə 630356 nəfərin denge qızdırmasına tutulduğu, o cümlədən 12147 nəfərin xəstəliyin ağır şəkli olan hemorragik forması ilə xəstələnməsi halı qeydə alınmışdır. 183 nəfər insan dünyasını dəyişmişdir. Panamerika Sağlamlıq Təşkilatının verdiyi məlumata görə, ən çox xəstəlik halları Braziliya, Venesuela və Kolumbiya ərazisində qeydə alınmışdır. Bununla bərabər bu ölkələr yağışlar mövsümünə keçid etdikcə xəstələnənlərin sayı getdikcə daha da artır. Mütəxəssislərin fikrincə bu il 2002-ci ildə qeydə alınmış Ardı »