Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prezervativlər barədə altı rəvayət

Indiki dövrdə kontrasepsiya üçün xeyli vasitələrin mövcud olmasına baxmayaraq, həkimlər hələ də prezervativlərdən istifadə etməyi məsləhət görür. Çünki onlar yalnız arzuolunmaz hamiləliyin qarşısını almır, həm də cinsi yolla ötürülən infeksiyaların qarşısını alır. Insanlar isə yenə də əvvəlki kimi “rezin dostlarından” uzaq durmağa çalışır, bir-birlərinə prezervativlər haqqında ağızdan eşitdikləri rəvayətləri danışmaqda davam edirlər. Bu rəvayətlərdən bir neçəsini diqqətinizə çatdırmaq istərdik:

Rəvayət nömrə bir: Prezervativlər qəti şəkildə yalnız kişilər üçün qoruma vasitəsidir (kim geyinirsə, o da alır). Bu geniş yayılmış bir təsəvvürdür, amma doğru deyil. Prezervativ alıcılarının 35%-dən çoxu qadınlardır.
Rəvayət nömrə iki: Prezervativdən istifadə edərək cinsi əlaqəyə girmək, əleyhqaz geyib gül qoxlamaq kimi bir şeydir. Müasir lateks prezervativlər elastik və davamlı olmaları ilə bərabər, hissiyyatı azaltmır. Hətta, orqazma çatmaqda çətinlik çəkən şəxslər üçün belə məsləhət görülən su əsasında silikonsuz yağlamalı, teksturalı, əsası relyef səthli xüsusi prezervativlər mövcuddur.
Rəvayət nömrə üç: Prezervativsiz seks partnyorların sağlamlığı üçün hormonlarla qarşılıqlı mübadilə baxımından xeyirlidir. Burada həqiqət payı vardır, ancaq, arzuolunmaz hamiləlik, abort, cinsi infeksiyaların sağlamlıq üçün daha xeyirli olduğunu demək də düzgün olmazdı.
Rəvayət nömrə dörd: Bir-biri ilə evli olan və bir-birinə xəyanət etməyən partnyorlar prezervativdən imtina edə bilərlər. Təəssüf ki, bu doğru deyil. Çünki cinsi infeksiyalara yoluxma yalnız partnyorun xəyanət etməsi səbəbindən baş vermir. Infeksiya mənbəyi basseyn, idman zalı, nəqliyyat, təmiz yuyulmamış qab-qacaq ola bilər. Nəhayət, orqanizmdə herpes virus da aktivləşə bilər ki, bu virus az qala hər bir insanda qeyri-fəal şəkildə mövcuddur.
Rəvayət nömrə beş: Prezervativ geyinməklə partnyorun xətrinə dəyir və özünü pis vəziyyətdə qoyursan. Doğru deyil. Əksinə, prezervativdən istifadə olunması bir növ partnyorun sağlamlığının qeydinə qalmaq deməkdir. Sağlamlığının qeydinə qalınması isə normal insanın xətrinə dəyə bilməz. Prezervativin taxılması prosesin özü də özünəməxsus sevgi oyunu ola bilər.
Rəvayət nömrə altı: Prezervativləri müxtəlif kremlər, yağlar və intim gellərlə birlikdə istifadə etmək məsləhətdir. Tamamilə səhv fikirdir! Qətiyyən belə etmək olmaz! Bu maddələr insanın həssas nahiyələrinə düşdükdə qaşınma, yanma hissi, allergik reaksiya vermə ehtimalı ilə bərabər, prezervativin hazırlandığı maddə olan lateksə və onun yağlamasına zərər verərək tamlığını poza bilər.


Tarix: 07.01.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 619 Bölmə: Umumi Xestelikler
loading...