Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kələm tursusu

Tərkibi:
10 kq kələm
200-250 q süfrə duzu
Qeyd:
Bundan artıq duz vurmayın! Kələmin üst yarpaqlarını artlayıb, özəyini çıxarın, doğrayın. Əgər çəlləkdə şoraba qoyursunuzsa: çəlləyin dibinə bir lay tərtəmiz yuyulmuş kələm yarpağı döşəyin. Üstünə doğradığınız kələmi qoyun. Duz səpin. Əlinizlə basın. Üstünə bir lay kələm yarpağı döşəyin. Yarpaqların üzərinə ikiqat cuna çəkib üstünə ağır yük qoyun (məsələn, içi su ilə dolu balon). Əgər bankada şoraba qoyursunuzsa: doğranmış kələmi duzla ovxalayın, bankaya sıx yığın və əlinizlə basın ki, şirəsini buraxsın. Kələm şorabasının saxlandığı yerdə temperatur 20 dərəcə C-ni keçməməlidir. İş bununla bitmir. Qıcqırma dövrü bitənədək kələmin üzərində yaranan köpüyü yığıb atmaq lazımdır. Əgər şorabanı çəlləkdə qoymusunuzsa, vaxtaşırı uzun, yuyulub qaynar suya çəkilmiş çubuğu çəlləyin dibinədək bir neçə yerdən batırın. Qıcqırma dövrü bitəndən sonra şorabanın suyunun rəngi durulur, kələm aşağı enir. Qıcqırma dövrü bitəndən sonra şorabanı 0-2 dərəcə C temperaturda saxlamaq lazımdır. Çünki daha isti şəraitdə kələmin dadı itir. Bu temperaturu qoruyub saxlamaq lazımdır. Həmçinin, çalışın, kələm suyun altında qalsın və üstündə kif əmələ gəlməsin. nuş olsun!


Tarix: 24.11.2014 / 11:16 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Turşular
loading...