Zeytun turşusunun hazırlanması
Tərkibi:
1 kq su
Yarım kq yaşıl zeytun
1 yemək qaşığı duz
1,5 kq göbələk
1 çay qaşığı kəklikotu
5 diş sarımsaq
3 ədəd dəfnə yarpağı
2 soğan
2 yemək qaşığı sirkə
Limon
Hazırlanması:
Göbələkləri təmizlədikdən sonra duzlu suyun içində 5 dəqiqəyə qədər qaynadın və suyunu süzün.
Sonra bu suyun üzərinə 1 stəkan su əlavə edin.
Göbələkləri, zeytunları, dilim-dilim kəsilən sarımsaqlar, kəklikotunu, dəfnə yarpağını və soğan dilimlərini bankalara yığın.
Sirkə ilə göbələyin suyunu qarışdırın və qaynadın.
Bu qarışığı daha sonra isti halda göbələklərin üstünə tökün 1 2 dilim limon və bankaların ağzını yaxşıca bağlayın.
Beləcə 2 həftəyə qədər sərin yerdə saxlayın.
Nuş olsun!
Tarix: 24.11.2014 / 11:06 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Turşular
loading...