Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Turşuya qoyulmuş şampinyon göbələyi resepti

Tərkibi:
1 kg şampinyon
2 stəkan su
50-60 qr sirkə cövhəri (30%)
10 ədəd (noxud dənələri) qara istiot
4 əd mixək
2 əd dəfnə yarpağı
10 qr duz
5 qr şəkər tozu
muskat

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.
2. Göbələklər 10 dəqiqə ərzində duzlu suda qaynadılır. Sonra su axıdılır.
3. Marinadın (şorabanın) hazırlanması. Su qaynama həddinə gətirilərək istiot, dəfnə yarpağı, mixək, muskat, sirkə, duz və şəkər tozu əlavə edilir. Göbələklərin üzərinə alınan marinad əlavə olunur və birdaha qaynama həddinə gətirilərək 5 dəqiqə bişirilir.
4. Göbələklər isti-isti bankalara doldurulub bağlanır. Göbələklər soyuduqda isə bankalar soyuducuya yerləşdirilir.
5. Turşu göbələkləri soyuyandan dərhal sonra artıq istifadə etmək olur.


Tarix: 24.11.2014 / 11:04 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Turşular
loading...