Tərkibi:
1 ədəd 3 kg-lıq bir qab
2 kg təzə lobya
4 ədəd yaşıl uzunsov bibər
4 diş sarımsaq
1 su stəkanı yemək duzu
4 su stəkanı su
1 çay stəkanı sirkə
Hazırlanması:
Lobyaları yuyub təmizləyin. Bir az su əlavə edərək çox yüngülcə çox yumşatmadan qaynadın, suyunu süzüb soyudun. Qabın içinə əvvəl lobyaların bir qisimini yerləşdirin. 1 ədəd uzunsov bibər və 1 diş sarımsaq qoyun. Təkrarən lobya yerləşdirin. Bu şəkildə düzərək vəsaitləri bitirin. 4 su stəkanı qaynadılıb soyudulmuş suyun içində 1 su stəkan yemək duzunu əridin. 1 çay stəkanı sirkəni də qarışdırın.
Hazırladığınız bu qarışığı turşunun üzərinə tökün. Üzərinə bir ağırlıq qoyaraq lobyaların sirkənin içindən çıxmasına maneə törədin. Qabın qapağını möhkəmcə bağlayaraq 15-20 gün gözlədin.
Nuş olsun!
Tarix: 24.11.2014 / 11:05 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Turşular