Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Acika (Gürcü mətbəxi)

Lazım olanlar:

3 kq qırmızı bibər
300 qr bolqar bibəri
100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər)
0,8 kq pomidor
4-5 diş sarımsaq (zövqə görə artırıla bilər)
dada görə duz

Hazırlanma qaydası:

Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir. Orta qatılıqda olduqda isti-isti bankalara doldurulur.

Qablaşdırma:

Əvvəlcədən sterile edilib hazırlanmış bankalar isti adjika ilə doldurulur. Qazan zəif odun üzərində qalsa daha etibarlı olardı. Belə olan halda sterilə edilmiş qablara yığılan isti adjikanın xarab olma ehtimalı "0″ enir. Doldurulmuş qabın ağzı bərk bağlanır və başı tərs çevrilib soyuyana qədər saxlanılır. Əvvəlcədən hava keçirilməsi yoxlanılmaq şərti ilə rezbalı bankalardan istifadə oluna bilər.

Sterilə etme: bankalar qab pastası ilə təmiz yuyulur və durulanır. Odun üzərində qabda qaynayan suya banka salınır və çıxarılır. Qapaqlarda bu yolla sterile edilir. Bu cür sterile edilmiş bankalarda məhsulun korlanma ehtimalı "0″ enir.

Nuş olsun !


Tarix: 24.11.2014 / 11:08 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Turşular
loading...