Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Badımcan kürüsü resepti

Tərkibi:
badımcan kürüsü (qızardılmış)
2 ədəd şüşə banka (biri 700-800 qr.)
1 ədəd qazan (sterilizə üçün)

Hazırlanması:
1. Artıq qızardılmış badımcan kürüsünə əlavə olaraq bir qədər yağ vurulur.

2. Təmiz yuyulmuş və qurudulmuş banka yanan qaz üzərində qızdırılır.

3. Sonra banka badımcan kürüsü ilə doldurulur.

4. Hər iki banka tam qapağa qədər doldurulandan sonra onlar bir qazan suda qaynadılır. Bunun üçün qazanın dibinə mütləq əski yerləşdirilməlidir, yoxsa bankalar qazanın qaynar dibinə toxunaraq çatlayarlar.

5. Bu cür bankalar 40-45 dəqiqə sterilizə edilir. Banka qazandan çıxarılan kimi, o dəqiqə qapağı qazda isidilib bağlanılır. Əsas odur ki qapaq möhkəm bağlansın, əgər görsəniz ki qapaq burulandan sonra yenidən burulur (tam bağlanmır), o zaman mütləq yeni qapaq istifadə edin.

6. Beləliklə, bankalar soyuyandan sonra onlarə saxlamaq üçün sərin yerə yerləşdirmək olar. Qışda bu cür badımcan kürüsü soyuq qəlyanaltı kimi və ya hər hansı yeməyin yanında qarnir kimi süfrənizi bəzəyər.

Nuş olsun!


Tarix: 24.11.2014 / 11:03 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Turşular
loading...