Tərkibi:
1 kq xiyar
150 qr kök
150 qr soğan
150 ml tomat pastası
50 ml bitki yağı
1 x/q duz
1/3 ç/q əzilmiş qara istiot
1/2 stəkan perlova
1 x/q sirkə (9%)
Hazırlanması:
1. Perlova (arpa yarması) axşamdan soyuq suda islağa qoyulur.
2. Xiyarlar təmizlənib və yuyulandan sonra sürtkəcdən keçirilir, şirəsi çıxması üçün 30 dəqiqə qazanda saxlanılır.
3. Kök təmizlənir və sürtkəcdən keçirilir.
4. Soğan qabığından təmizlənir və xırda kubiklər şəklində doğranılır.
5. Tavaya bitki yağı əlavə edilir, ardınca doğranmış soğan və kök. Tərəvəzlər qızılı rəng alanadək qızardılır, sonra isə bağlı qapaq altında bir müddət saxlanılır.
6. Bişmiş tərəvəzlərin yanına xiyarlar, tomat pastası, perlova, duz və istiot əlavə edilir. Qarışdırılır və arabir qarışdıraraq təqribi 30-40 dəqiqə bişirilir.
7. Sonda 1 x/q sirkə əlavə edib, birdaha qarışdırıb, 3-4 dəqiqə bişirilir.
8. Hazır olan məhsul əvvəlcədən sterilizə edilmiş bankalara doldurularaq qapaqları möhkəm bağlanılır.
9. Bankalar soyuduqda aparılır saxlanmağa.
Tarix: 24.11.2014 / 11:03 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Turşular