Fındığan xalçasıAzərbaycan Xalçaları
Xalı
Xalça Haqqında Məlumat
Məktəbi:Azərbaycan xalçaçılıq məktəbləri
Növü:Xovlu xalça
Ölkə:Azərbaycan
Toxunması Haqqında Məlumat
Digər Məlumatlar
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub[1], çox vaxt dəst halında toxunur.
Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu.[2]
Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar. [3]
Tarix: 24.03.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 145 Bölmə: Toxuculuq