Ağdaş – Azərbaycan Respublikasında rayon. Rayonun ərazisi Bərdə rayonu ilə 33 km, Yevlax rayonu ilə 30 km, Oğuz rayonu ilə 6 km, Qəbələ rayonu ilə 10 km, Göyçay rayonu ilə 11,5 km, Ucar rayonu ilə 29 km, Zərdab rayonu ilə 11.5 km məsafədə həmsərhəddir. İnzibati mərkəzi Ağdaş şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
3 İqlimi
4 İri yaşayış məntəqələri
5 Əhalisi
5.1 Etnik tərkibi
5.2 Görkəmli şəxsləri
6 İqtisadi xarakteristikası
7 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
8 Maddi-mədəni irsi
9 Mətbəx
10 Yerli media
11 Şəkillər
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax
Tarixi
Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar lap qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Strabon (e.ə. I əsr) qeydlərində bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini yazırdı.
Təbii iqlim və torpaq şəraiti burada lap qədimlərdən əkinçilik və maldarlığın inkişafı üçün əlverişli imkan yaratdığından bu ərazilərdə əkinçilik mədəniyyəti yüksək inkişaf etmişdi. Ona görə də tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.
Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.
1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.
1999-cu il iyun ayının 4-də Ağdaşda orta güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində insan itkisi olmasa da 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür. Lakin sonrakı illərdə bu evlərin bir çoxu əsaslı təmir edilmişdir. Zəlzələ nəticəsində dəyən iqtisadi ziyanın miqdarının 2,5 milyon dollar olduğu təxmin edilir. [2]
Coğrafi mövqeyi
Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Səthi, əsasən, düzənlik, şimal hissədə dağlıqdır. Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır. Ərazisində gil çıxarılır. Rayonun ərazisindən Türyan çayı, cənub-qərb sərhədi boyu Kür çayı axır. Baş Şirvan kollektoru Ağdaş rayonu ərazisindən başlanır. Türyan çayında su qovşağı yaradılmışdır. Rayonda, əsasən, boz-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində tuqay meşələri, rayonun şimal hissəsində (Türyançay qoruğunda) ardıc və saqqız ağaclarından ibarət seyrək arid meşələr vardır. Heyvanları: canavar, tülkü, çöldonuzu, quşlardan kəklik, turac, qırqovul, kərkəs, sürünənlərdən gürzə, kələz məskunlaşmışdır. Rayonun ərazisindən Bakı-Tiflis dəmir yolu, Bakı-Qazax şosse yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.
İqlimi
Rayonun iqlimi düzənlik yerlərdə mülayim isti və quru-subtropikdir. Rayonda orta illik temperatur 14,2 dərəcədir. Orta temperatur yanvarda 1,2-1,4 °C, iyulda isə 25-27 °C-dir. İllik yağıntı miqdarı 300-450 mm-dir.
İri yaşayış məntəqələri
Rayonun iri yaşayış məntəqələri Ağdaş şəhəri, Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki kəndi, Pirəzə, Abad, Ağzıbir, Ərəb, Xosrov, Qolqəti, Dəhnəxəlil, Qaradeyin, Güvəkənd, Şəmsabad kəndləridir. [3]
Əhalisi
Əhalinin sayı – 99.2 min nəfər (1 yanvar 2010-cu il) təşkil edir. Əhalinin sıxlığı – 1 km²-də 94 nəfərdir. Şəhər əhalisinin sayı 32.964 nəfər, kənd əhalisi isə 66.260 nəfərdir. Kişilərin sayı 49.240, qadınların sayı 49.984 nəfərdir. Əhalisinin 34%-i (təxminən 34.000 nəfər) şəhərdə, 66%-i (65.000 nəfər) kəndlərdə yaşayır.
Etnik tərkibi
Ağdaş rayonu : 1939-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar50.141 (86,4%)
Talışlar27 (0,1%)
Ruslar2.386 (4,1%)
Ermənilər522 (0,9%)
Ləzgilər4.555 (7,8%)
Gürcülər19 (0,1%)
Bütün rayon üzrə58.064 (100%)
Ağdaş rayonu : 1959-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar37.678 (93,1%)
Talışlar– (-)
Ruslar982 (2,4%)
Ermənilər144 (0,4%)
Ləzgilər1.057 (2,6%)
Gürcülər8 (0,1%)
Bütün rayon üzrə40.466 (100%)
Ağdaş rayonu : 1970-ci il siyahıya almasıEtnik quplarəhalinin Sayı[4](Nəfər)
Azərbaycanlılar58.307 (96,9%)
Talışlar– (-)
Ruslar535 (0,9%)
Ermənilər226 (0,4%)
Ləzgilər602 (1,0%)
Gürcülər20 (0,1%)
Bütün rayon üzrə60.172 (100%)
Görkəmli şəxsləri
Habil Əliyev
Fikrət Qoca
Muxtar Əfəndizadə
Bax: Ağdaşda doğulanlar.
İqtisadi xarakteristikası
Ağdaşın iqtisadiyyatında pambıqçılıq əsas yer tutur. Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və təbii şəraiti hələ XIX əsrin sonralarında burada texniki bitkilərin əkilib-becərilməsinə və onların dünya bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli ticarət yollarının üstündə yerləşən Ağdaşda emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına səbəb oldu.
1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi. Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi. Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir. 1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000 puda çatmışdı.
XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz" qəzeti yazırdı ki, "Ağdaş xaricə, Marsel və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanı özündə cəmləşdirən mərkəzdir". 1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cu ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışdı.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əkinçilik, meyvəçilik və heyvandarlıq inkişaf etmişdir. "Ağdaş-Pambıq" ATSC, qida məhsulları kombinatı, "Orelay" şirniyyat firması, "FA kom BİCA" MMC, Kükəl kərpic istehsalı zavodu, "Damla" un fabriki, "Arşınmalçı" tikiş-trikotaj müəssisəsi yaradılmışdır. Burada həmçinin pambıqtəmizləmə zavodu, süd zavodu, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şöbəsi, yerli sənaye kombinatı, meşə təsərrüfatı vardır.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri — 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O dövrdə Azərbaycanda fəaliyyət göstərən bu tipli 3 məktəbdən birinin məhz Ağdaşda açılması heç də təsadüfi deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə, Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar. Məhz belə marifçilik bazası üzərində sonralar Ağdaşda təhsilin səviyyəsi yüksək xətlə inkişaf etmişdir. Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı texnikumu, Peşə məktəbləri açılmış, bəziləri bu gün də fəaliyyət göstərir.
Ağdaş mədəniyyəti və incəsənəti dərin köklərə malikdir. 10 aprel 1908-ci ildə Zülfüqar Hacıbəyovun yaxından iştirakı ilə Rəşid bəy Əfəndiyevin "Qan ocağı" adlı əsəri ilə fəaliyyətə başlayan Ağdaş teatrı rayonun mədəni həyatında böyük rol oynamışdır. 1940-cı ildə bu rayondan deputat seçilmiş görkəmli Azərbaycan şairi Səməd Vurğunun təşəbbüsü ilə Ağdaş teatrına Dövlət Dram Teatrı statusu verilmiş, teatrın səhnəsində "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun," "Arşın mal alan" kimi klassik əsərlər oynanılmışdır. 1960-cı ildən teatr Xalq Teatrı kimi fəaliyyət göstərir.
Maddi-mədəni irsi
Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə Ağdaşın ərazisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır. Rayon ərazisində həmçinin tarix-diyarşünaslıq muzeyi də mövcuddur.
Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukəl kəndi yaxınlığında yerləşir.Tarixi abidənin adıTikilmə tarixiYerləşdiyi ərazi
Şahərgah arxeoloji abidəsiXVI əsrTüryançay qəsəbəsi, Kiçik Qafqaz dağlarının ətəyinin şimal hissəsi
Qarabəy karvansarasıXIX əsrAğdaş şəhəri
Hacı Osman məscidiXIX əsrAğdaş şəhəri
TürbəXVIII əsrBulaqotağı kəndi
Surxay qalasıXVIII əsrƏrəb və Kükəl kəndləri arası, kəndlərin şimal tərəfində Kiçik Qafqaz dağlarında
Mətbəx
Yerli media
Rayonda iki qəzet – "Ağdaş " və "Gənc Pedaqoq" qəzetləri nəşr olunur. "Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1932-1937-ci illərdə "Ağdaş pambıqçısı", 1938-1962-ci illərdə "Pambıq uğrunda mübarizə", 1962-1966-cı illərdə – Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub, daha sonra isə rayonda 1966-2003-cü illərdə "Əmək" adı ilə çap olunub. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur. 1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzetin 4 dəfə 1957-ci ildə 25 illik, 1983-cü ildə 50 illik, 2002-ci ildə 70 illik və 2007-ci ildə 75 illik yubileyləri keçirilmişdir. Qəzet 1983-cü ildə Azərbaycan Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər Ittifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb. Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüb. "ƏMƏK" qəzetində "Zərrəbin" satirik guşəsi və "Tər çiçəklər" ədəbi birliyi fəaliyyət göstərmişdir. Qəzet ayda iki dəfə nəşr olunur. "Gənc Pedaqoq" qəzeti Ağdaş Dövlət Humanitar Kollecinin orqanıdır və 2000-ci ildən nəşr olunmağa başlanmışdır. Qəzet ayda bir dəfə çap olunur.
Tarix: 16.03.2013 / 17:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 754 Bölmə: Tariximiz ve rayonlarimiz