Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xızı

Xızı rayonu – Azərbaycanın rayonlarından biri. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.


Yaranma tarixi – 24.04.1990, Ərazisi – 1.850 km², Əhalinin sayı – 14,3 min nəfər (1 yanvar 2007-ci il), Əhalinin sıxlığı – 1 km² 8 nəfər (1 yanvar 2007-ci il)Mündəricat
1 Coğrafiyası
2 Mədəniyyəti
3 Görkəmli şəxsləri
4 Xarici keçidlər
5 Mənbə


Coğrafiyası

Xızı rayonu ilə Bakı arasında olan məsafə -104 km

Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.

Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir.

Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər «ağac» sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.

Mədəniyyəti

Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək.
VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, Bu qüllənin divarları salamat qalmışdır. Qüllə rayon mərkəzindən 9 km aralıdır.
Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları.
Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər türbəsi.
V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur.
Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir.

Görkəmli şəxsləri

Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Cəfər Cabbarlı Xızıda doğulub boya başa çatmışdır. Milli kino sənətinin inkişafında və milli kadrların yetişdirilməsində Cəfər Cabbarlının çox böyük xidmətləri olmuşdur. «Azərbyacanfilm» kinostudiyası onun adını daşıyır. Bundan başqa,Azərbaycanın böyük ürəkli, nəhəng istedadlı, coşğun nəfəsli şair oğlu Mikayıl Müşfiq də Xızıda doğulub boya-başa çatmışdır.#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Giləzi qəsəbə bələdiyyəsi2944
2Şuraabad qəsəbə bələdiyyəsi2232
3Yeni Yaşma qəsəbə bələdiyyəsi1675
4Sitalçay kənd bələdiyyəsi1234
5Altıağac kənd bələdiyyəsi1180
6Xızı qəsəbə bələdiyyəsi1020
7Tıxlı kənd bələdiyyəsi546
8Fındığan kənd bələdiyyəsi405
9Xələnc kənd bələdiyyəsi322
10Baxşılı kənd bələdiyyəsi315
11Məşədi Həsən kənd bələdiyyəsi313
12Ağdərə kənd bələdiyyəsi241
13Qarabulaq kənd bələdiyyəsi201
14Cəmi12628


Tarix: 16.03.2013 / 13:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 363 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...