Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naftalan

Naftalan — Azərbaycanın qərb bölgəsində Goranboy rayonunda turistik əhəmiyyətli şəhər. 28 aprel 1967-ci ildən respublika tabeli şəhərdir.Mündəricat
1 Tarixi
2 Naftalan adının etimologiyası
3 Əhalisi
3.1 Etnik tərkibi
4 Naftalan nefti fenomeni
5 Naftalanda muzey
6 Həmçinin bax
7 İstinadlar


Tarixi

Naftalan barədə hələ XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün yazdığı Xəmsə əsərində yazmışdı. O, indiki Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşıındığını bildirirdi. XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı. 1783-cü ilə kimi burada Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 1890-cı ildə alman mühəndisi və iş adamı E.İ.Yeger Naftalanda sənayə üsulu ilə qazma qurğusu vasitəsilə 250 metr dərinliyə qədər quyu qazaraq orada neft çıxarmağa başladı. Lakin çıxan neftin keyfiyyəti onu heyrətə gətirdi. Buradan çıxan neftin tərkibində heç bir benzin fraksiyalı yox idi və o yanmırdı. İflasa uğramaq ərəfəsində olan alman mühəndis çoxlu adamın digər yerlərdən Naftalana bu neft ilə yuyunmaq üçün gəlməsinə diqqət yetirir. Naftalanla müalicənin xalq arasında belə geniş yayıldığını görən iş adamı buradakı adamlardan dərmanların hazırlanması təcrübəsini öyərnərək bunun əsasında Naftalanda dərman mazı istehsal edən fabrik tikir. Onun istehsal etdiyi dərmanlar tezliklə bir çox yerlərdə tanınmağa başlayır. Yeger istehsal etdiyi dərmanların sirrini gizli saxlayır və Naftalan nefti əsasında dərman istehsalını monopoliyaya alırdı. XIX əsrin sonu, XX əsrin əvvəlində dünyanın bir çox iri şəhərlərində, həmçinin Londonda, Hamburqda, Qahirədə, Tokioda Azərbaycanda istehsal olunan, lakin alman məhsulu kimi tanıdılan Naftalan dərmanı geniş şəkildə satılırdı. [3]

Naftalan kurortu rəsmən 1935-ci ildən fəaliyyət göstərir. 1957-ci ilədək kurort mövsümi işləmişdir və 1957-ci ildən il boyu fəaliyyət göstərməyə başlamışdır. Çarpayı sayı ildən ilə artan kurortda 1982-ci ildə Naftalan sanatoriya-kurort birliyi yaradılmışdır. 6 sanatoriya, kurort poliklinikasından ibarət kurort birliyində 3200 çarpayı var idi. Kurort birliyi il ərzində keçmiş sovetlər ittifaqının respublikalarından 50-70 min xəstə qəbul edirdi. Kurortda sümük-əzələ, periferik sinir, periferik damar xəstəlikləri, dəri xəstəlikləri, ginekoloji xəstəliklər müvəffəqiyyətlə müalicə olunurdu. 1992-ci ildən 2005-cı ilədək yalnız "Çinar" sanatoriyası mövsümi olaraq xəstə qəbulu ilə məşqul olurdu. 2005-ci ilin may ayında Naftalan kurortunda ilk özəl sanatoriya – Naftalan – açıldı. Mərkəz 100 nəfərlik yataq korpusundan müalicəxana və yeməkxanadan ibarətdir. Mərkəzə müraciət edənlər ilk növbədə hərtərəfli laborator və instrumental müayinədən keçirlər və xəstəliklərinə müvafiq olaraq naftalan müalicəsi və müasir fizioterapiya müalicə üsulları qəbul edirlər. Mərkəzdə xəstələrin istirahəti, qidalanması və uğurlu müalicəsi üçün lazım olan hər bir şərait mövcuddur.

Naftalan adının etimologiyası

Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar.

Əhalisi

27 yanvar – 4 fevral 1999 – cu il tarixlərində aparılmış siyahıya almanın yekunlarına əsasən Naftalan şəhərində 7.551 nəfər əhali yaşayır. Əhalisinin 7.4 min nəfərini azərbaycanlılar təşkil edir .[4]

Etnik tərkibi
Naftalan şəhəri : 1970-ci il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar2.188 (56,8%)
Tatarlar40 (1.0%)
Ruslar1.215 (31,5%)
Ermənilər256 (6,6%)
Ləzgilər14 (0,4%)
Bütün şəhər üzrə3.853 (100%)

Naftalan şəhəri : 1979-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı[5](Nəfər)
Azərbaycanlılar3.245 (90,6%)
Tatarlar6 (0.2%)
Ruslar136 (3,8%)
Ermənilər182 (5,1%)
Ləzgilər7 (0,2%)
Bütün şəhər üzrə3.581 (100%)


Naftalan nefti fenomeni
Əsas məqalə: Naftalan nefti

Naftalan nefti əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır.

Qədim rəvayətə görə Medeya adlı cadugər qadın qədim yunan eposunun qəhrəmanı arqonaft Yasona qəribə bir məlhəm bağışlamışdır. Bu məlhəm onu oddan və yanğından qoruyur, bədəninə alov təhlükəsi olmamaq xassəsi bəxş etmişdir. Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu. Neft tuluqları yüklənmiş dəvə karvanları buradan Şərq ölkələrinə yollanırdı.

1887-ci ildə Yeqer familiyalı bir alman mühəndisi Almaniyada "Naftalan" məlhəmini istehsal etməyə başlamışdır. Bu məlhəm dünyanın bir sıra ölkələrinə ixrac edilirdi. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın".[Mənbə göstərin]

Naftalanda muzey

Naftalanda dünyada yeganə olan bir muzey var: bu muzeyin eksponatları – atılmış qoltuq ağaclarıdır. Xəstələr sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyildi, buna görə də onlar həmin ağacları Naftalanda qoyub gedirdilər.


Tarix: 16.03.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 570 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...