Zaqatala (avar. Закатала район) – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Zaqatala şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 Əhali
3.1 Görkəmli şəxsləri
4 İqtisadi xarakteristikası
5 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
6 Maddi-mədəni irsi
7 Idman
8 Bələdiyyələr haqda məlumat
9 Şəkillər
10 Mənbə
11 İstinadlar
12 Xarici keçidlər
13 Həmçinin bax
Tarixi
Zaqatala inzibati rayonunun yaranma tarixi – 08.08.1930.
Coğrafi mövqeyi
Zaqatala rayonu Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşir.
Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1839-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və s. göstərmək olar. Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Rayon şimal-şərqdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1°C, dağ-larda -10°C, iyul ayının orta temperaturu isə, müvafiq olaraq +24°C və +5°C olur. Burada ildə 600-1600 mm yağıntı düşür. Rayon arazisinın yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür. Zaqatala – beynəlmiləl rayondur. Burada əsasən azərbaycanlılar, saxurlar, avarlar, ingiloylar ruslar və başqaları yaşayır. Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində yerləşir.
Relyefi
Rayonun ərazisi dağlıq və düzənlik hissələrdən ibarətdir.
Təbiəti
Zaqatala ərazisinin təqribən yarısını meşələr tutur. Rayonun relyefi dağlıq və düzənlikdir. Rayonda meşə çoxdur, lakin onlar əsasən dağlarda və dağətəyi bölgədə yerləşir. Zaqatala rayonunun florası müxtəlif qiymətli ağac növləri ilə zəngindir – şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s. Fauna – maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, həmçinin çoxlu quş növləri ilə təmsil olunmuşdur – qırqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül.
1929-cu ildə burada, Baş Qafqaz dağlarının cənub yamaclarında "Zaqatala" Dövlət qoruğu yaradılmışdır.
İqlimi
Rütubətli subtropik iqlimə malikdir. Hava dağlarda soyuq, düzənliklərdə isti olur.
Əhali
İnzibati ərazi bölgüsü -1 şəhər, 2 qəsəbə, 59 kənd. Mərkəzi, Zaqatala şəhəri – əhalisi 20600 nəfər. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir. Ərazisi 1348 kv. km.-dir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 121.394[2] nəfərdir, əsasən azərbaycanlılardır. Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır. Zaqatala rayonu, RİHB, onun ərazi İcra nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir. Əhalinin ümumi sayı – 121 394 Kəndlərin sayı – 59 Qəsəbələrin sayı – 2 İri və orta müəssisələrin sayı – 71 Məktəbəqədər uşaq müəssisələrinin sayı – 39 Ümumtəhsil məktəblərinin sayı – 67 Texniki, orta ixtisas və peşə məktəblərinin sayı – 4 Ali təhsil müəssisələrinin sayı – 2 Xəstəxanalar və tibb müəssisələrinin sayı – 10 Mədəniyyət ocaqlarının sayı – 143
Zaqatala rayonu əhalisinin milli tərkibiEtnik qrup1939[3] sa.1959[4] sa.1970[5] sa.1979[6] sa.1999[7] sa.2009[8][9] sa.2012 r.t.[2]
Toplam45 85447 77669 27079 627107 240118 228121 394
azərbaycanlı21 71229 78542 03449 07163 81180 47681 474
avar9 9588 87815 24017 59225 83525 57826 402
saxur6 021**2 6035 6977 72813 11411 20312 788
türk............303303320
rus3 7542 2291 661*1 213*404233210
gürcü2791781 7852243 0755927
ləzgi1 6852 1371 0142 2183135071
ukraynalı268...**50...7
tatar......5956321115
erməni1 4591 2341 0388841......
kürd141179......50
yəhudi2923138.........
alman49..................
talış181............8
udin**...35.........
Digər169771962230331522
Qeyd : *- Ukrayın və Ruslar birlikdə /**- Saxurlar və digər Dağıstan xalqları /sa.- siyahıya alma /r.t.- 2009-u il sa-nın nəticələri əsasında rəsmi təxmin.
Görkəmli şəxsləri
Şeyx Əhməd Əfəndi — ictimai və din xadimi.
Balakişi bəy Ərəblinski — Çar Rusiyasının generalı.
Arslan bər Qardaşov — 28 may 1918-ci ildə Azəbaycanın müstəqilliyini elan edən Mülli Şura üzvlərindən biri.
Arif Hacılı — Müstəqillik Aktina imza atmış millət vəkili, Müsavat Partiyası Mərkəzi İcra aparatının sədri.
İqtisadi xarakteristikası
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Rayon geniş turizm imkanlarına malikdir.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.
Maddi-mədəni irsi
Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.
Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.
Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində XVIII əsrə aid məscidlər, Keloba kəndində əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix-diyarşünaslıq muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.
Idman
Rayonda 1 Olimpiya Idman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1 şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğuları, 3 aerobika-trenajor zali idmanın inkişafına xidmət göstərir. Rayon idmançıları Respublika, Avropa və Dünya çempionatlarında yüksək nəticələr qazanaraq Azərbaycan idmanının inkişafına öz layiqli töhfələrini verirlər
Bələdiyyələr haqda məlumat
Zaqatala rayonunda 31 bələdiyyə fəaliyyət göstərir. Zaqatala bələdiyyəsi Zaqatala şəhərini əhatə edir. Rayonda elə bələdiyyələr vardır ki, onların tərkibində bir neçə kənd yaşayış məntəqələri vardır. Ümumiyyətlə mövcud olan 31 bəldiyyənin tərkibində 1 şəhər, 1 şəhər tipli qəsəbə və 59 kənd yaşayış məntəqələri vardır. 01 yanvar 2004-cü il tarixə rayonda 110830 nəfər əhali yaşayır ki, onun da 83297 nəfəri kənd yerlərində məskunlaşmışdır.
Tarix: 16.03.2013 / 17:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 754 Bölmə: Tariximiz ve rayonlarimiz