Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıl

Cəbrayıl — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.

23 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.Mündəricat
1 Coğrafi mövqeyi
2 Tarixi
3 Əhalisi
3.1 Etnik tərkibi
3.2 Tanınmış şəxsləri
4 İqtisadiyyatı
5 Ermənistan işğalının nəticələri
6 Şəkillər
7 Xarici keçidlər
8 İstinadlar


Coğrafi mövqeyi

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardı. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400-500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.

Tarixi

Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Digər mənbə və məlumata görə Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə «Allahın qulu» deməkdir.Cəbrayıl ərazisi Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə IV -III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albaniya dövlətinin mövcudluğu zamanı rayonun ərazisi Pazkank, Əhristan və Dizaq adları ilə həmin dövlətin tərkibində olmuşdur. III-V əsrlərdə Dizaq mahalı Sasanilər tərəfindən işğal olunmuşdur. Xalq həyəcanından qorxan Sasanilər nəhayət Albaniyaya müstəqillik verdilər. VII əsrin ortalarında Cəbrayıl rayonunun ərazisi də Əməvilər xilafətinin tərkibinə qatıldı. Həm Babəkə qədər, həm onun dövründə, həm də ondan sonra ərəb istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən biri Cəbrayıl ərazisi olmuşdur. X-XI əsrlərdə (971-1086-cı illər) bu ərazilər Şəddadilər dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin, XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən (1412-ci ildən) Qaraqoyunlu dövlətinin, həmin əsrin 1478-ci ilindən Ağqoyunlu dövlətinin, 1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin, XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərində Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Cəbrayıl kəndinə «Qraxdın» da deyilirdi. Bu, deyilənlərə görə, 1831-ci ildə rayonun Daşkəsən kəndində «Karantin» idarəsinin yaradılması və həmin idarənin Cəbrayıl kəndinə köçürülməsi ilə bağlıdır. Yerli əhali «Karantin» sözünü «Qraxdın» kimi tələffüz etmişdir. Bəzi mənbələrə görə isə «Qraxdın» sözü XVIII əsrdə Nadir şahın hakimiyyəti dövründə Azərbaycana köçmüş Cəlair türk qəbiləsinə mənsub olan Qıraqlı-Qıraxlı nəslinin adı ilə əlaqədardır.1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905-1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb.

1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.

Əhalisi

Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. 2008-ci il siyahıya alınmanın nəticələrinə əsasən əhalinin sayı aşağıdakı kimidir.ərazi
cəmikişiqadın
nəfərfaiznəfərfaiznəfərfaiz
Cəbrayıl rayonu70270100,030699100,039571100,0
Şəhər əhalisi2119830,17867428,251252431,65
Kənd əhalisi4907269,832202571,752704768,35


Etnik tərkibi

1897-ci rusiya imperiyasının əhalisinin siyahıya alınması nəticələrinə əsasən Cəbrayıl qəzasının əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. Qəzanın əhalisinin 49.189 nəfəri (və ya 74,1%) azərbaycanlılardan, 15.746 nəfəri (və ya 23,7%) isə gəlmə ermənilərdən ibarət idi. Sovet dövründə Cəbrayıl rayonunun etnik tərkibi aşağıdakı kimi olub.


Cəbrayıl rayonu : 1939-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar22.813 (97,1%)
Talışlar11 (0,1%)
Ruslar436 (1,9%)
Ermənilər157 (0,7%)
Ləzgilər15 (0,1%)
Gürcülər2 (0,1%)
Bütün rayon üzrə23.502 (100%)



Cəbrayıl rayonu : 1959-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar25.951 (98,1%)
Talışlar- (-)
Ruslar196 (0,7%)
Ermənilər166 (0,6%)
Ləzgilər9 (0,1%)
Gürcülər3 (0,1%)
Bütün rayon üzrə26.377 (100%)



Cəbrayıl rayonu : 1970-ci il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar36.735 (98,7%)
Talışlar- (-)
Ruslar370 (1,0%)
Ermənilər46 (0,1%)
Ləzgilər18 (0,1%)
Gürcülər6 (0,1%)
Bütün rayon üzrə37.227 (100%)



Cəbrayıl rayonu : 1979-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı[2](Nəfər)
Azərbaycanlılar42.415 (98,5%)
Talışlar- (-)
Ruslar434 (1,0%)
Ermənilər41 (0,1%)
Ləzgilər33 (0,1%)
Gürcülər10 (0,1%)
Bütün rayon üzrə43.047 (100%)


Tanınmış şəxsləri
Aşıq Qurbani- Azərbaycan aşıqlarının babası
Mehdi Mehdizadə — akademik, Azərbaycan SSR-nin maarif naziri.
Teymur Quliyev — Azərbaycan SSR Nazirlər Sovetinin Sədri.
Əşrəf Hüseynov — akademik, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti.
Sabir Əhmədli- Əməkdar incəsənət xadimi,Azərbaycanın xalq yazıçısı.
Tofiq Hacıyev — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, türkoloq, dilçi, ədəbiyyatşünas.
Kamil Vəli Nərimanoğlu- filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri
Ramil Səfərov — azərbaycanlı hərbçi.
Əli Həsənov — Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dövlət Qaçqınkomun Sədri.
Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankının prezidenti.
Qorxmaz Hüseynov- AzərSU MMC-nin Prezidenti
Aslan Aslanov- AzərTAc-ın Baş direktoru
Murad Babayev- 1991-1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru.
Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı
Cəmil Əhmədov - Sovet İttifaqı Qəhrəmanı
Şikar Aslanov - Azərbaycanın Milli Qəhrəmanı
Vüqar Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı
Akif Əkbərov - Azərbaycanın Milli Qəhrəmanı
Şəhriyar Quliyev - Azərbaycanın şahmat tarixçisi

Sosialist Əməyi Qəhrəmanları:
Bəyaz Həsənova
Şahnaz Əhmədova
Məhəmməd Əhmədov
Köçəri Babayev
Yusif Fərzəliyev
Qaçay Səfərov
Sərdar İmrəliyev

İqtisadiyyatı

Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi. [3]

Ermənistan işğalının nəticələri

Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuşdur. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu.#İtkilərSayı
1Şəhid ailələri35
2Döyüşdə həlak olan hərbi qulluqçular180
3Atəşkəs dövründə həlak olan hərbi qulluqçular14
4Döyüş ərazisində həlak olan polis işçiləri6
5Döyüş ərazisində həlak olan mülki şəxslər60
6Cəmi əsir və itkin düşənlər91
-mülki şəxslər57
-hərbçilər34
7Qarabağ müharbəsi əlilləri177
-mülki şəxslər25
-hərbçilər152
8Əsirlikdən qayıdanların sayı7
-onlardan sonradan rəhmətə gedənlər2


Tarix: 17.03.2013 / 13:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 639 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...