Dünyada olan hadisələr
1873- Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov anadan olub. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Demokratik Respublikası dövründə Bakının baş memarı olub.
1916 - Birinci dünya müharibəsi gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum vilayətini işğal etmişdir.
1918 - Rusiya İmperiyasının dağılmasından istifadə edən Litva dövlət müstəqilliyini elan etmişdir.
1923- arxeoloq Hovard Karterin rəhbərlik etdiyi britaniyalı ekspedisiya Misir fironu Tutanxamonun daş sarkofaqını aşkar edib. Sarkofaq Hökmdarlar vadisindəki sərdabədə saxlanılsa da, içərisindəki qızıl-zinət əşyaları hazırda Qahirə muzeyində mühafizə olunur.
1933 - Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya "Kiçik Antanta" ittifaqı yaratmışlar.
1936 - İspaniyada keçirilmiş parlament seçkilərində kommunistlərin qurduqları Xalq Cəhbəsi qalib gəlmişdir.
1956 - Britaniyada ölüm hökmü ləğv edilmişdir. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.
1959 - Fidel Kastro Kuba Respublikasının baş naziri vəzifəsinin icrasına başlamışdır.
1968- 911 təcili yardım xidmətinə ilk telefon zəngi daxil olub. Xatırladaq ki, 911 xidməti ilk olaraq Alabama ştatının Heylvill şəhərində fəaliyyətə başlayıb. Daxil olan zəngə cavab verilən telefon isə hazırda Heylvill şəhər muzeyində saxlanılır.
1992- Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Qeyd edək ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda təşkilata 10 ölkə daxildir.
1997 - Lissabon sammitinin yekunları ilə bağlı təxminən 2 ay sürən mübahisələrdən sonra ATƏT-in Minsk qrupunda daimi üçlü həmsədrlik institutunun yaradılması rəsmiləşmiş, Rusiya, ABŞ və Fransa nümayəndələri həmsədrlik formatında fəaliyyətə başlamışlar.
1999 - Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.
1999-Robbi Uilyams Brit Awards-un 3 nominasiyası üzrə : ən yaxşı solo ifaçı, ən yaxşı sinql və Angels mahnısına görə ən yaxşı video kateqoriyası üzrə qalib gəlib.
2003- Britni Spirsin çəkildiyi “Crossroads” filmi, Britaniya nın Bafta kinomükafatına alternativ olan Nafta tərəfindən “2002-ci ilin ən pis ekran əsəri” elan edilib. “Ən pis film” və “Yeniyetmələr üçün ən kütbeyin ekran əsəri” nominasiyaları da daxil olmaqla, film ümumilikdə 8 nominasiya üzrə Razzie Awards mükafatına layiq görülüb. Qeyd edək ki, Razzie Awards anti-Oskar kimi tanınır.
2005- Kioto protokolu qüvvəyə minib. Beynəlxalq saziş bütün inkişaf etmiş ölkələri və keçici iqtisadiyyata malik dövlətləri havaya buraxılan parnik qazlarının normasını ya stabilləşdirməyə, ya da onları ixtisar etməyə çağırır.
2010- Lady Gaga Londonda keçirilən Brit Awards-un 3 nominasiyası üzrə “İlin ifaçısı”, “İlin qlobal irəliləyişi” və “İlin ən yaxşı albomu” mükafatına layiq görülüb.
Doğumlar
Çarlz Evison — Barokko və Klassik dövrlərində yaşayıb yaratmış ingilis bəstəkarı
1834 - Ernst Hekkel, Darvin nəzəriyyəsinin müdafiəçilərindən və təkamülə bağlı yeni qaydaların qurucusu Alman zooloqu.
1893 - Mihayl Nikolayeviç Tuhaçevskiy, İkinci dünya müharibəsi əvvəlində Sovet Qırmızı ordusunun müasirləşdirilməsinə reallaşdıran Sovet general.
1926 - Memet Fuad; Tənqidçi, yazar, voleybol məşqçisi, pedaqoq. (Ö. 19 dekabr 2002)
1928 - Erol Taş, kino oyunçusu. (Ö. 1998)
1955 - Margaux Hemingway, amerikalı model, kino oyunçusu. (ö. 1996)
1970 - Serdar Ortaç, Türk müğənni.
1983 - Aslıhan Gürbüz, Türk teatr sənətçisi.
1966 - Həsənov Əliəddin, Azərbaycan geofizik.
Ölümlər
1917- Octave Mirbeau- fransız yazıçı
Bayramlar və xüsusi günlər
Flag of North Korea.svg Parıldayan ulduz günü
Tarix: 21.02.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 330 Bölmə: Tarixdə bu gün