Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gün 1 fevral 2014 Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mübariz
İbrahimovun doğum günüdür.
7 fevral 2014

"Canım atam və anam, məndən sarı
darıxmayın, inşallah, cənnətdə görüşəcəyik".
Anspress yazır ki, bu gün Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimovun doğum
günüdür. Mübariz İbrahimov 1988-ci il
fevralın 7-də Biləsuvar rayonunun Əliabad
kəndində anadan olub. 1994-cü ildə şəhid
M.Piriyev adına Əliabad kənd orta
məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci
ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri
xidmətini Daxili Qoşunların "N" saylı hərbi
hissəsinin Xüsusi Təyinatlı Bölüyündə
keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə
çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra
2009-cu ilin avqust ayında yenidən gizir
rütbəsində hərbi xidmətdə çalışmağa
başlayıb. Bir müddət sonra öz arzusu ilə
cəbhə bölgəsindəki hərbi hissələrdən
birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun
2010-cu il tarixində gecə saat 23:30
radələrində gizir Mübariz İbrahimov
təkbaşına iki ordu arasındakı bir kilometrlik
minalanmış sahəni keçir. Ermənistan silahlı
qüvvələrinin çox sayda əsgər və zabitini
gözlənilməz birinci həmlədə məhv edir.
Sonra isə düşmənin öz silahlarından özünə
qarşı istifadə edərək 5 saat onlarla təkbətək
döyüşur. Düşməni ağır itkilərə məruz qoyur,
onların zəif cinahlarını üzə çıxarır.
Azərbaycan döyüşçüsü səhər saatlarında
qeyri-bərabər döyüşdə qəhrəmancasına
şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Milli Ordusunun giziri Mübariz
Ağakərim oğlu İbrahimova "Azərbaycanın
Milli Qəhrəmanı" adının (ölümündən sonra)
verilməsi barədə sərəncam imzalayıb. Şəhid
gizirə bu ad Azərbaycan Respublikasının
müstəqilliyinin və ərazi bütövlüyünün
qorunub saxlanılmasında müstəsna
xidmətinə və göstərdiyi rəşadətə görə
verilib. Prezidentin başqa bir sərəncamı ilə
Milli Qəhrəman Mübariz Ağakərim oğlu
İbrahimovun xatirəsini əbədiləşdirmək
məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Biləsuvar rayonunun orta
məktəblərindən birinə Mübariz İbrahimovun
adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar
rayonunda küçələrdən birinə Mübariz
İbrahimovun adının verilməsini təmin etsin.
"Azərbaycanın Milli Qəhrəmanı
M.A.İbrahimovun xatirəsinin
əbədiləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 22 iyul
tarixli 1040 nömrəli Sərəncamının 1-ci
bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alınmışdır:
Biləsuvar Rayon İcra Hakimiyyətinin
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ilə razılaşdırılmış təklifini nəzərə alaraq,
Biləsuvar şəhərindəki lisey-məktəb
kompleksinə Azərbaycanın Milli Qəhrəmanı
Mübariz Ağakərim oğlu İbrahimovun adı
verilsin.
"Palmali" Şirkətlər Qrupunun prezidenti
Mübariz Mənsimov tankerlərindən birinə
Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun adını verib. Mübariz
İbrahimovun adını daşıyan gəmi 2010-cu
ilin oktyabr ayının 15-də Türkiyədə
"Beşiktaş" gəmiqayırma zavodundan suya
endirilib. Türkiyədə suya endirilmiş bu gəmi
hazırda Milli Qəhrəman Mübariz
İbrahimovun adını dünya sularında tanıdır.
Bundan başqa, Milli Qəhrəman Çingiz
Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu
Azərbaycanın ərazi bütövlüyü uğrunda
göstərdiyi şəxsi fədakarlığa, Döyüş
tapşırığını yerinə yetirərkən nümayiş
etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan
xalqınının döyüş ruhunun sarsılmazlığını
sübut etdiyinə, qəhrəmancasına şəhid olub
şəxsi nümunəsi ilə cəmiyyətdə
vətənpərvərlik ruhunu daha da
möhkəmləndirdiyinə, Azərbaycan
döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt
barışmayacağını bəyan edən dövlətimizin
iradəsini nəyin bahasına olursa-olsun yerinə
yetirməyə hazır olduğunu sübut etdiyinə
görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovu “2010-cu ilin adamı” elan edib.
Şəhid Mübariz İbrahimovun ailəsinə son
məktubu
"Canım atam və anam. Məndən sarı
darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik.
Mənim üçün bol-bol dua edin. Vətənin dar
günündə artıq ürəyim dözmür. Allaha xatir
bunu etməliyəm. Ən azından ürəyim sərinlik
tapar. Şəhid olanadək bu şərəfsizlərin
üzərinə gedəcəyəm. Şəhid olsam –
ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə
yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi
olaraq bunu etməliyəm. Allah böyükdür.
Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".


Tarix: 07.02.2014 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Tarixdə bu gün
loading...