Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HEYATIMIZIN SEVGISI...

Hər birimiz həyatımızın sevgisini tapmaq, ilk görüşdəcə sevgiyə inanmaq istiyirik. Bəzilərimiz şanslı olmağı bacarır... "İlk görüşdə sevgi varmı?" şəxsən mən buna əmin deyiləm,amma olduğuna ürəkdən inanmaq istərdim.Çoxumuz həyatımızın sevgisini gördüyümüzdə ayaqlarımızın yerdən kəsilməsini, qəlbimizin yerindən çıxacaqmış kimi atmasını gözlüyərik.Bunun baş verməsi isə sadəcə olaraq hormon partlayışının nəticəsində meydana gələn enerji ve həyəcan hadisəsidir. Yaşad olduqca,yaş üzərinə yaş gəldikcə bu həyəcanlarımız azala bilər.Keçmişə nəzər saldıqda isə unudulmayan sevgilərə baxdığımız da; "Romeo ve Julıet" sevgilərini yaşadığlarında hələ 18 yaşında deyildirlərmi? Böyüdükcə, yaşad olduqca özümüzə olan etibarımız artmağa başladıqca, qarşımızdakı insanlara olan etibarmız da yavaş-yavaş azalmaya başlıyır...
Zaman keçdikcə isə öz işlərimizin və problemlərimizin çarəsinə bir əlac tapmağa çalışırıq və tək qalmağa öyrəşirik. Bütün bunlar bir ortaq məxrəcə gəlincə isə həyatımızın sevgisini tapmağa gecikə bilərik.Çünki biz hələ içimizdəki qadını ya da kişini xoşbəxt etməyi, bizi anlaya biləcək birini xəyal edirik.Bu xəyaldan tez bir zamanda uzaqlaşmalı...Həqiqətlərlə üzləşməkdən qorxaraq bəlkə də gözümüzün önündə olan doğru qadını ya da kişini görmüyə bilərik... Həyatımızı doğru insanı gözlüyərək keçirmək əvəzinə,bizə hisslərini və hər anında fikirlərini açan qadın ya da kişiyə bir şans verməli və o insan ilə vaxt keçirməyi sınamalıyıq.Haqlısız ola bilsin ki... bizim ürək döyüntülərimizi sürətləndirməsin, bizi həyəcanlandırmasın, ayaqlarımızı yerdən kəsməsin!Amma...
Birlikde yaşaya biləcəyin biri ilə deyil, onsuz yaşa bilməyəcəyin biri ilə ol...Gəldiyində boşluq dolduran biri ilə deyil...Getdiyində yeri dolmayan biri ilə ol…
1. Əsas sevmək deyil,onu yaşatmaq gərəkir...
2.Əsas ailə qurmaq deyil,onu qorumaq gərəkir...
3.Əsas verilən şirin vədlər deyil,onları reallaşdırmaq gərəkir...
Bəlkə də təxmin edə bilməyəcəyiniz qədər təəccübləndirici sürprizlər ilə qarşılaşa bilərsiniz..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi varmı?
loading...