Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənasız Sevgi...

Yolda hadisə baş verəcək. İki maşın toqquşacaq və iki nəfər vəfat edəcək. Onlardan biri də Fidan olacaq. Oğlan dəli olur. Yaşlı,nurani kişiyə çoxlu suallar verməyə başlayır.
-Nə edək? Onu qurtara bilərik deyilmi? Mən gedim onun yanına qoymayım getsin rəfiqəsi gilə, evdən cıxmasın. Onda ona hecnə olmayacaq.
Yaşlı kişi:
-Yox oglum. Bu yazılıbsa olmalıdır deyir.
Sahil:
-Yaxşi bəs onları mənə niyə danışdın? Niyə dedin? Niyə məni dəli elədin?
Yaşlı kişi:
-Əslində sən istəsən onu xilas edə bilərsən deyir.
Oğlan:
-Bununçün nə etməliyəm?
-Bunuçün sən 3 şeydən keçməlisən. Həyatının 3 faktrını qurban verməlisən. Bunlar sənin: səsin, eşitmə qabiliyyətin və görmə qabiliyyətindir. Bu zaman qız sağ qalacaq. Səndə sağ qalacaqsan. O,səni çox sevir. Onun yanınında olacaqsan. Sənə Fidan baxacaq. Sadəcə sən nə danışa biləcəksən, nə görə biləcəksən, nədə eşidə biləcəksən.
Oğlan dəli olur. Yaşlı kişi ayağa qalxır və deyir: Bunların olmamasını istəyirsənsə sabah bu vaxtı bu yerə gəl. Bu vaxt eyni yerdə mənimlə görüş. Dediklərimi qurban verəcəksən və qizda yaşayacaq. 6-cı gün Sahil bu yerə gəlməli idi. Amma düşünür. Çox düşünür. Nəhayət Sahil parka getməməyi qərara alır. Və üstündən 2 gün daha keçir. 1-ci gün axşam vaxtı Sahil özü qəsdən Fidanı qarşilamaga gedirki, təki ona heçnə olmasın. Amma həqiqətən qız yolu keçərkən Sahilin gözünün qabağında bu hadisə baş verir. Eyni o yaşlı kişinin dediyi kimi olur. Dünyasını dəyişir. Onun səhəri günü Sahilin evinə bir məktub gəlir.Məktub Fidandan idi. Amma 6cı gün yazılmış məktub idi. Sadəcə indi gəlib çatırdı. Sahil məktubu açır və oxumağa başlayır. Məktubda yazılır:
Əzizim Sahil:
Özündə bilirsənki mən səni çox sevirəm.Bəlkədə sən bu məktubu oxuyanda mən artıq həyatda olmayacam. Çünki mən 6-cı gün parkda oturanda bir dənə yaşlı insan mənə yaxınlaşdı. O sənidə mənidə sanki tanıyırdı.Bizim keçirdiyimiz bütün günləri mənə danışdı. O kişi kimdi bilmirəm amma mənə dediki:
-1ci gün saat 11-də sevgilin Sahil öləcək. Onu ölümdən qurtarmağın bir yolu var. Oda sən canını qurban verməlisən. Sən yaşamayacaqsan, amma o yaşayacaq. Məndə razılaşdım.Bagışla məni.İndi mən həyatda olmasamda bilirəm ki, sən yaşayırsan. Həyatdasan. Mənə o qədər çətindi ki, bu məktubu yazmaq. Biləsənki 1-ci gün öləcəksən. Ölümünü qabacadan bilmək necə də cətindi. İndi bu saat məktubu ağlaya-ağlaya yazıram. Bəlkədə göz yaşlarımı hiss edirsən. Axı mən səni çox sevirəm. Bizim hələ həyatda çox planlarımız vardı. Bir-birimizə nələr söz vermişdik. Amma eybi yox bilirəm ki, sən yaşayırsan. Sənin yaşadığını bilmək mənə dünyalara dəyər. Mən isə səni həmişə sevmişəm və sevəcəm.
Oğlan bütün bunları başa düşsə də arıq onu canından cox sevən Fidanı həyatda deyildi.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 217 Bölmə: Sevgi varmı?
loading...