Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fidan Və Heydər

Onlar bir-birlərini dəli kimi
sevirdilər.Nişanlanmışdılar.Amma
onları bir-birindən ayıracaq qara
xəbər çox keçmədən
xoşbəxtliklərini aldı
əllərindən.Fidan cüzam deyilən
sağalmaz və keçici bir xəstəliyə
tutulmuşdu.Bu xəstəliyə
tutulanları insanlar özlərindən
uzaqlaşdırırdılar.Heydərin ailəsi
də təbii ki,Fidanı istəmədilər.O
zamandan qızın ailəsi kəndi tərk
edib izlərini itirdilər.Heydər özünə
söz verdi ki tibbi qazanıb
cüzamın müalicəsini tapacam.
Heydər sözündə durmuş,tibbi
qazanmışdı.Tibbdə Heydərin
qrup yoldaşı,həkimlik eşqiylə
yanıb tutuşan Türkan təsadüf
nəticəsində universitetlərinə
yaxın yerdə cüzamlı xəstələrin
saxlanıldığı təcridxananı
görmüşdü.Orda olan xəstələri
ölümə tərk edirdilər.Hamısı
dəridəki
yaralardan,öskürməkdən bir-bir
ölürdülər.Bu təcridxanadan adi
insanlar xəbərsiz idi. Türkan bu
insanlara yardım edəcəyinə and
içmişdi.
Heydər uzun zamandan sonra bir
kəndlilərinin köməyi sayəsində
Fidanın saxlandığı yeri
öyrənmişdi.Bir gün hamıdan
gizlin Fidanı ordan qaçırdıb
şəhərə gətirdi.Şəhərdə onlara
qapı açacaq heç kimləri yox
idi.Üstəlik Fidanın ailəsi polisə
xəbər vermişdi.Hər yerdə onları
axtarırdılar.Heydər çarəni
Türkangilə gedib ondan kömək
istəməkdə gördü.Türkan onları
evlərinin baxçasındakı
odunluqda gizlətdi və siz burda
gözləyin anamdan icazə alım sizi
evə aparacam dedi.Tərslikdən
həmin gün bərk yağış
yağırdı.Türkan heç cür anası ilə
danışa bilmədi və Heydərlə Fidan
odunluqda gecələdilər.Yağan
yağış onları bərk
islatmışdı.Fidanın xəstəliyi baş
qaldırmış,qızdırmadan
yanırdı.Səhər odunluğu tərk
edib,özlərinə quru bir yer
axtarmaq üçün yola
çıxdılar.Türkan onları odunluqda
görməyincə,axtarmağa çıxdı və
tapdı.Fidanın halını görüb
qorxdu.Mütləq xəstəxanaya
aparmalıyıq dedi.Amma Heydər
razı olmadı.Bilirdi ki xəstəxanaya
getsələr,Fidanı təcridxanaya
salacaqlar.Türkan onlara: burda
qala bilmərsiz,sizə gizli yer
tapmalıyıq.Ağlına dəniz
kənarındakı balıqçının evi
gəldi.Balıqçı bir neçə aydı ölüb və
evi kimsəsiz qalıb.Onları o evə
yerləşdirdi və mən tez-tez sizi
yoxlamağa gələcəyəm dedi.
Türkan səhər universitetdə
müəllimlərindən ən yaxın olanına
bu haqda danışdı və Fidana
baxması üçün onu balıqçının
evinə apardı.Müəllim Fidanın
qızdırmasını saldı,lakin onu
burda saxlamağın risqli
olduğunu,onu tezliklə
xəstəxanaya aparmalarını
tapşırdı.Bu fikirlə Türkan
razılaşmadı. Bir neçə gündən
sonra Türkan anasının əlində
yara görüb təşvişə düşdü. Çünki
cüzam keçici xəstəlik idi. Tez
həkimə aparıb yoxlatdırdı və adi
bir yara olduğunu öyrəndi. Bu
zaman Türkan anladı ki,cüzamlı
birini insanlara yaxın yerdə
saxlamaq düzgün deyil.
Bu fikrini Heydərlə Fidana da
dedi.Onlar Türkana son qərarı
sən ver,sən nə desən onu
edəcəyik dedilər.Və Türkan gecə
düşünüb qərarını verəcəkdi.
Həmin gecə Fidan sahildə oturub
dənizi seyr edərkən,Heydər ona
çay dəmləyib gətirdi.Biraz
zarafatlaşdılar və elə an yarandı
ki, Heydər Fidanı öpmək
istədi,lakin qız tez üzünü
çevirdi.Bu Heydər üçün risqli
idi,xəstəliyi ona keçirə bilərdi.
- Heydər: gəl biz evlənək.
- Fidan: amma qanun bir cüzamlı
ilə sağlamın evlənməyinə icazə
vermir.
- Heydər: bəs ikisi də cüzamlı olsa
necə?
- Fidan: o zaman olurmuş.
Heydər onu bərk-bərk qucaqladı
və o zaman keçsin xəstəliyin
mənə də deyə bağırdı,qurban
olum Fidan mən razıyan,yetər ki
sənsiz qalmayım. Fidan onu
itələdi,olmaz sənin xəstə
olmağına dayana bilmərəm dedi.
Səhər Türkan naəlac Fidanı
təcridxana aparmaq üçün yola
çıxardı.Heydər də onlarla
getdi.Təcridxananın qapısında
Fidanla Heydər qucaqlaşıb xeyli
ağladıqdan sonra məcburən
ayrıldılar. Fidan dəmir barmaqlı
qapının o biri tərəfinə keçəndən
sonra geri dönüşü olmayan bir
yerə getdiyini bilərək sevdiyinə
son dəfə baxdı...
Bəlkə də bu səhnə kiməsə tanış
gələ bilər,çünkü mən buna bir
Türkan adlı serialda
baxdım.İzləmədiyim bir serial
idi.Təsadüfən bir seriyasına
baxdım və mənə gecə yuxuma
girəcək qədər təsir edən bu
səhnəni yazmaq istədim. Həm
izlərkən,həm izləyəndən sonra
yerimdə uzanıb o səhnələri
yadıma salarkən göz yaşlarımı
dindirə bilmirdim. Mənə ən çəx
təsir edən oğlanın sevdiyindən
ayrılmamaq üçün sağalmaz
xəstəliyə tutulmağa razı olması
idi.Bu səhnənin davamı olacaq
serialda.Bəlkə də Fidan ordan
çıxa biləcək,sağalacaq.Mən
sadəcə bu səhnəni sizinlə
bölüşmək istədim.
İndi sizlərdən soruşuram.
Sevdiyiniz üçün sağalmaz
xəstəliyə tutulmağa razı
olardınızmı? Və ya sevdiyinizin
sizin üçün bunu etməsinə razı
olardınızmı?


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 230 Bölmə: Sevgi varmı?
loading...