Tam sinənin ortasinda bir yeriniz aciyacaq.Evinizin sizi içinə siğdirmayacaq qədər dar olduğunu hiss edəcəksiniz..Küçəyə çixacaqsiniz...Küçələrdə dar gələcək... Eynilə ürəyinizin bədəninizdə dar olduğu kimi... Nə dənizin mavisi açacaq içinizi,nədəki par par yanan səma.Özünüzü daşimayacaq qədər çox böyüyəcək,bir tərəfdəndə itəcək qədər balacalacaqsiniz... Bəziləri sizə bir şeylər anladacaq dayanmadan...”əhəmiyyətli olan sağlamlıqdır”...”yaşamaq gözəldir”...”boşver,hər şey unudular”...Siz heç birini eşitməyəcəksiniz.Göz yaşlarinizdan ətrafı görə bilməz hala gələcəksiniz...ONDAN ölməsini istəyəcək qədər çox nifrət edəcək,az sonra isə onun qollarinda ölmək istəyəcək qədər çox sevəcəksiniz.Həmişə onun haqda danışmaq istəyəcəksiniz.”Ölümə çarə tapildi” ya da “Sabah qiyamət qopacaq” desələr başinizi qaldirib nə dedin deyə soruşmayacaqsiniz...Yalniz qalmaq istəyəcəksiniz... Həm də izdihamların arasında itmək... İkisi də yetməyəcək...Keçmişi düşünəcəksiniz... az qala dəqiqə dəqiqə.Onunla keçirdiyiniz vaxtları düşünərək keçdiyiniz yerlərdən keçmək istəyəcəksiniz.Getdiyiniz yerlərə getmək.Bu sizə heç yaxşı gəlməyəcək amma bilə-bilə eliyəcəksiniz.Biri sizə içinizdəki acını söküb atabiləcəyini desə qaçacaqsınız.Əslında xilas olmaq istəyiniz halda,o acını yaşamaq üçün dirənəcəksiniz.Həyatınızın geri qalanını onu düşünərək keçirmək istəyəcəksiniz.Əksini iddia edənlərdən nifrət edəcəksiniz.Hərkəsi ona bənzədib ama kimsəni onun yerinə qoya bilməyəcəksiniz ... heç bir şey sizi bundan ayıltmayacaq.. Dərmanlara sığınacaqsınız ...
Bir neçə saat başınızı bulandıran,amma əsla onu unutdurmayan.Bütün mahnılar sizin üçün yazılmiış kimi gələcək ... Boğazınız düyünlənəcək. Yatmaq çətin, oyanmaq asan olacaq ... Səhəri iplə çəkəcəksiniz .. Bəzən də “heç günəş doğmasa” deyəcəksiniz.Nə gecələr sizi rahatlaşdıracaq nə gündüzlər .. Ölməyi istəyib, ölməyəcəksiniz. Önünüzə çıxana sarılmaq istəyəcəksiniz. Yuxular görəcəksiniz,gerçək olmasını istədiyiniz.Hər sıçrayaraq oyandığınızda onun adını dediyinizi görəcəksiniz . Telefonun çalmasını gözləyəcəksiniz ... Zəng etməyəcəyini bilə bilə .. hər çaldığında ürəyiniz ağzınıza gələcək ... Ağlayaraq danışacaqsan zəng edənlərlə .... Ürəyiniz bulanacaq .. caniniz yanacaq ... Bir daha sevməməyə and içəcəksiniz.Həyata aid heç bir şey etmək gəlməyəcək içinizdən .... Onun səsini bir dəfə daha eşitmək üçün yanıb kül olacaqsan ... Dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyiniz üçün özünüzdən nifrət edəcəksiniz ... Yaşadığınız şəhəri tərk etmək istəyəcəksiniz .... Onunla heç bir anınızın olmadığı bir yerlərə gedib yerləşmək istəyəcəksiniz .. Ancaq bir ümid .. Onunla bir gün bir yerdə qarşılaşma ümidi ... Bu ümid sizi getməkdən saxlayacaq .. . Gel getlər içində yaşayacaqsınız ...
Buna Yaşamaq deyilirsə..
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 121 Bölmə: Sevgi varmı?