Səhər açıldı...Bu gün tam 4 ildirki səhərimi “Onsuz” açırdım...Və mən yenə hər gün olduğu kimi yerimdən qalxıb pəncərəyə yaxınlaşdım,günəşin şüaları üzümə vururdu və mən yenə “bu gün mənim üçün sənsiz yeni bir həyat başlıyır,Sənsiz yaşamağa dəyər” deyib,yenə də özümü aldadaraq otaqdan çıxdım.Anamın hazırladığı səhər yeməyini yemək üçün süfrəyə əyləşdim...Anam isə hər gün eyni baxışlarla mənə baxırdı.Sanki içi ağrıyırdı məni gördükcə...Sanki qışqırmaq istiyirdi daha bəsdi deyə...Və mən artıq bu baxışlara alışmışdım.Anam yenə sözə başladı:
-Oğlum niyə hər gün bir az daha zəifliyirsən.Gözlərinin altındakı çökəkləri görmürsən...?Bədənin necə halsızdır görmürsən...?Bütün günü dilindən bir kəlmə çıxmır və anam dözmədi qışqırdı...” Nə vaxta qədər əziyyət çəkəcəksən...?O indi xoşbəxtdir başa düşürsənmi...?!Səndən çox uzaqlarda əlinin çatmayacağı qədər çox uzaqlardadı anlıyırsan sən bunu...?!O səni yox özünü və ailəsini seçdi və getdi...!Sən isə bizi də özünü də məhv edirsən...Daha bəsdi...!”
Anam əlini stola çırpdı və gözlərindən yaş süzülməyə başladı...Ayağa qalxdım “Ana məni bağışla bacarmıram deyəsən” deyib evdən çıxdım.Bərk yağış yağırdı və onunla hər zaman görüşdüyümüz yerə gəldim yenə...Oturdum...
İllərin yorğunu idim sanki “yəni mən onsuz bu qədər gücsüzəm...Offf...”.Dərindən bir nəfəs aldım...”Uff...”içimdən qopan ağrı bütün bədənimi incidirdi.Yenə fikirləşməyə başladım gedişinin səbəbini.Tam 4 il bundan qabaq çox xoşbəxt idik.Yenə hər zaman olduğu kimi mənə zəng edib “həminki yerdə məni gözlüyərsən” deyib telefonu söndürdü.Səsi çox kədərli idi anlamadım ilk öncə.Amma yenə də həvəslə hazırlaşıb görüş yerinə gəldim.Onunla hər görüşə gələndə ürəyim tez-tez döyünür,əllərim titriyir,balaca uşaqlar kimi sevinirdim...Sanki hər dəfə ilk görüşümüz idi amma heç son olmuyacaqdı...!Bir qədər gözdədim onu.Gəldi...Üzünü mənə heç çevirmirdi.Sakitcə yanıma oturdu və ilk dediyi söz:
- Mən gedirəm...!
-Hara...?
-Sənin təsəvvür edə bilməyəcəyin qədər uzağa və bir daha çətinki geri qayıdam.Ailəmlə başqa bir şəhərə gedirik.Getməyə məcburam onları buraxa bilmərəm.
-Bəs mən...?!Məni fikirləşdin heç...? Bacarmaram sənsiz...Sən mənimlə qalsan...Yada mən də səninlə gedirəm...Axı mənə söz vermişdin biz heç ayrılmıyacaqdıq...Getmə...!
Qız ayağa qalxdı və dediyi son söz:
-Məni bağışla.Amma nə sən mənimlə gələ bilərsən,nə də mən səninlə qala bilərəm.Bu bizim son görüşümüzdür...!
Və üzünü çevirdi getdi.Mən isə elə bu yerdə bu gün olduğum kimi tək qaldım.Hər gün getdiyi yollara baxıram bəlkə qayıdar deyə,çünki hələ də gedişinin səbəbini bilmirəm...Hər gün bunları xatırladıqca “mən onu çoxdan unutmuşam...4 il çox böyük vaxtdır...Ehhh 4 ildə nələr olareee...”deyirəm.Amma anlıyırdımki özümü aldadıram...çox darıxıram onsuz.Həmişə gülən üzü,səsi ağlımdan heç çıxmır.Yağmurlu bir gündə tanış olmuşduq və mən ona hər zaman “yağışlı gündən sonra həyatıma doğan günəşimsən “deyərdim...
Ufff...Bəs niyə getmişdi...?Getdiyi gündən həyatıma bir daha günəş doğmadı...Mən isə öz qaranlığımım içərisində hər gün bir az daha həyatdan insanlardan uzaqlaşırdım...Və birdən qulaqlarıma inanmadım bu onun səsi idi.Yoxxx...mən deyəsən dəli olmağa başlıyıram.Arxaya çöndüm...Bu ola bilməzdi o tam qarşımda durmuşdu.Hər zamanki kimi çox gözəl idi.Gözlərimə inanmadım...Bilmirdim nə edim.O yenə yanıma oturdu...”Bilirəm verəcəyin suallar çoxdu mənim də verəcəyim cavablar çoxdu...4 il az bir müddət deyildi bunu da bilirəm...Onu da bilirdimki gəldiyim gün səni burda tapacam yenə və sən hələ də məni sevəcəksən.Getdiyim gün isə mənə heç zaman xəyanət etməyəcəyini bilirdim.Amma bu 4 il ərzində sənə bircə dəfə xəyanət etmişəm.
Çünki bu illər ərzində yalnız səndən başqa mənə toxunan məni müalicə edən 60 yaşlı ürək cərrahım olub və mən ona Xilaskar əmi deyirdim...” Bu sözləri dedi və gülümsədi...
Sonra isə əlavə elədi “Birdən müalicəm uğursuz olar və qayıda bilmərəm deyə səni incitməmək üçün sənə yalan deməliydim.Xəstəliyim məni günü gündən zəiflədirdi və mən isə sənin gözündə hər zaman gözəl günəşin olaraq qalmaq istiyirdim.Onunçun da sənsiz getməliydim...Gedərkən dediyim son söz Məni bağışla idi...Və mən bu gün qayıtdım həyatımıza yenidən başlamaq üçün ilk sözüm bu olacaq...sənə yalan dediyim üçün Məni bağışla...”
Bir an belə düşünmədən onu qucaqladım...Qoxusunu içimə çəkdim...”ohhhh...necə də darıxmışdım...” Yağışlı gün yenə də sona çatırdı ananız isə mənim həyatıma yeni bir günəş kimi bir daha doğmuşdu.
Ata bu sözlərini deyib qurtarmışdıki gördüki oğlu da qızı da artıq yuxuya gedib.Bayırda isə güclü yağış yağırdı.Uşaqların üstlərini örtüb otaqdan bayıra çıxdı və səhər ayılanda ilk olaraq həyat yoldaşını bərk-bərk qucaqladı və dedi:
“Yağışlı gecədən sonra sənin üçün çox darıxmışdim günəşim...:)”
Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 220 Bölmə: Sevgi varmı?