Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HER WEY GOZ ONUNDE YETER ARTIQ,SUS!

Gərək görəydinmi lənət daşını
İşlədə bilmədin uşaq başını
Özünü alçaltma sil göz yaşını
Sorakı peşmanlıq faydasız əfsus
Hər şey göz önündə yetər artıq sus!



Mən səni bilmişdim bir özüm kimi
Gözünü görmüşdüm öz gözüm kimi
Mən səni bilmişdim saf sözüm kimi
Görmüsən ömründə günahsız məhbus?
Hər şey göz önündə yetər artıq sus!



Hansı əməlini alqışlayaydım?
Kaşki səni heç mən tanımayaydım
Oturub səhvinlə düzünü saydım
Minuslar önündə acizdi pilus
Hər şey göz önündə yetər artıq sus!



Başqası oynayar xumar telinlə
Yəqin ki,peşmansan bu əməlinlə
Hər şeyi eylədin sən öz əlinlə
Bax yandı biletin getdi avtobus
Hər şey göz önündə yetər artıq sus!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Sevgi varmı?
loading...