Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Artiq Seni Sechmishem!

Sən başqasına əzab verə bilməzsən?
Yox,əzizim,mən artıq səni seçmişəm!
Hər şeyi yenidən başlamaq olsaydı görəsən nə edərdim.Həyatımın təmiz səhifəsinə göy qurşağı çəkərdim və onun hamar zolaqları ilə səmanın dərinliyinə doğru addımlayardım yəqin ki.
Yox,yox...orda tək addımlamaq istəməzdim...səninlə birlikdə addımlayaraq arzu edərdim ki bu rəngarəng həyat körpüsünün sonsuz yollarını bir-birimizə dayaq olaraq gedə bilək.
Sən mənim həyatıma qəfildən gəldin.Hisslər,hadisələr,fikirlər leysan yağış kimi birdən töküldü üstümə.Mən birdən xoşbəxtliyə inandım,həyatımın boz səhifələrini öz varlığınla zərif rənglərlə bəzədin.
Sən mənim üçün dünya oldun...toxunmağa belə çəkindiyim dünyam.Elə bil ki gitaranın simlərinə toxunacaqdım,o da şikayətlə inildəyəcəkdi.Bu səs məni qorxudurdu.Amma sonradan hiss etdim ki orda bizim musiqimiz çalınir.
Bəzən həyatın küləkləri səni dəyişirdi,külək kimi axıcı olurdun.Onun baş gicəlləndirən vədlərinə inanaraq budağından qopan yarpaq kimi axına qoşulurdun.
Unudurdun ki yağışsız göy qurşağı yaranmaz,yağış olmadan yaranan göy qurşağı süni və müvəqqətidir,mənim uşaqlıqda yaratdığım kimi.
Səmimiyyət və diqqət olmadan yaranan hisslər də süni və müvəqqətidir.
Hər dəfə səninlə danışanda sanki hiss edirəm ki yanımdasan.
Hər sözün mənə yaşamağa və sevməyə güc verir.Mən bilirəm ki sevənlər üçün bir birinin gözünə baxmaq və əllərinə toxunmaqdan vacib heç nə ola bilməz.
Amma bəzən bunlardan uzaq düşəndə diqqət və sözlər də köməyə çatır.
Mən hər zaman sənin diqqətini və qayğını hiss edirəm.
Bəzən sən uzaq olursan məndən...gecənin sakitliyində eşidilən musiqi kimi uzaq və doğma.
Sonra sən yenə gəlirsən,yenə də gözlənilmədən,sakit,dünyamı canlandırırsan.Mən bunu hiss edirəm.Bir az xoşbəxtlik,bir az tərəddüd.
Mən səni sonsuzadək çəkə bilirəm sözlərimlə...ən kiçik detallarına qədər!
Sən gedərkən mən susa bilirəm...daxilən tükənsəm də,hissə-hissə məhv olsam da.Ürəyim kimi dilim də lal olur.
Mən səni sonsuzadək sevə bilirəm...bütün dünyaya sübut edirəm bunun mümkünlüyünü...
Amma mən yanmadan sevə bilmirəm.
Yox,əzizim,mən artıq səni seçmişəm!
Uşaqikən ən böyük oyuncağı, ac ikən ən böyük kökəni, yağış yağarkən islanmağı, mütləq hər qardan sonra qar topu oynamağı, yatarkən şirin ayımı qucaqlamağı, ağlarkən sadəcə anamın qucağını seçdiyim kimi MƏN ARTIQ SƏNİ SEÇMİŞƏM!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi varmı?
loading...